
qorunduğu Azərbaycanda gələcəkdə də belə bir məhudiyyət olmayacaq. Hər kəs öz seçinində, etiqadında azaddır və bu, birbaşa Konstitusiya ilə təmin edilir. Lakin…diini etiqad azadlığı təmin edildiyi kimi, dünyəvi təhsil sisteminin qorunması da tələb olunur. Hər şey Azərbaycan Respublikasının Konstitusiyada təsbit olunub. 7-ci maddədə qeyd olunur ki, Azərbaycan dünyəvi respublikadır. 18-ci maddədə bildirilir ki, din dövlətdən ayrıdır və təhsil sistemi dünyəvi xarakter daşıyır.
Birmənalı olaraq bu gün etiqad azadlığının sərhədi məktəbdə məhdudlaşmalıdır. Bu zərurəti həm dünyəvi təhsil sistemi yaradır, həm Konstitusiyanın tələbi, həm də mövcud reallıqlar. Yəni, birincisi, yetkinlik yaşına çatmayan qız uşaqlarının hicab taxması onların seçim azadlığını məhdudlaşdırır. Həm qanun, həm dinmiz seçimin azad iradə ilə edilməsini tələb edir. Müqəddəs Qurani-Kərimin əsas çağırışlarından biri də dində məcburiyyətin olmamasıdır. Bu kontekstdə məktəb yaşlı qızların hicab taxmasının şəxsi yox, ailə və mühitin təsiri ilə baş verdiyi, bir çox hallarda məcburi xarakter daşıdığı faktı təkzib oluna bilməz. Təbii ki, valideynlərin dini tərbiyə vermək hüququ var, amma bu, dünyəvilik prinsipinə, uşaqların təhsil hüququna, eləcə də Konstitsiyanın tələblərinə zidd olmamalıdır. Bütün bunları ümumiləşdirsək demək olar ki, məktəb təkcə təhsilin verildiyi yox, həm də dünyagörüşün formalaşdığı, sosiallaşmanın olduğu məkandır. Məktəbli qızların dini geyimlərdən istifadəsi ilk növbədə özlərinin azad dünyagörüşünün formalaşmasına və sosiallaşmasına mənfi təsir edir, eyni zamanda, dünyəvi təhsilin təmin edilməsində problemlər yaradır. Çünki baş örtüyü uşağın dini kimliyinin göstəricidir və bu, onu digər şagirdlərdən fərqləndirir, dünyəvi sistemdən kənar qrupun nümayəndəsinə çevirir.
Axı bu gün ölkəmizi dini azadlığı məsələsində necə ittiham etmək olar ki, işğaldan azad edilmiş 67 məscidin Prezident İlham Əliyevin sərəncamları ilə tam bərpa edildi. Hazırda ölkə ərazisində 2389 məscid var, bu məscidlərdə eyni vaxtda 600 min nəfərə yaxın şəxs ibadət edə bilər. 2020-2025-ci illərdə dövlət dəstəyi ilə, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən məscidlərdə təmir-bərpa və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir. Dini qurumlara göstərilən dövlət maliyyə dəstəyinin həcmi son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında dini konfessiyalara hər il dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Dini konfessiyalara 2020-ci ildə 3,25 milyon manat dövlət maliyyə dəstəyi göstərilirdisə, 2026-cı ildə bu rəqəm 6,3 milyon manatadək artmışdır.
Ən başlıcası isə dini sahədə peşəkar kadr potensialının formalaşdırılması məqsədilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutunda ( Aİİ) bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil həyata keçirilir. Təhsilin ödənişsiz olması və tələbələr üçün təqaüd imkanlarının yaradılması dövlətin bu sahəyə diqqətinin göstəricisidir.Aİİ-də hazırda 318 tələbə və doktorant təhsil alır. Bu günədək Aİİ-nin 308 nəfər məzun olmuşdur ki, onlardan 278 nəfəri bakalavr pilləsini bitirmişdir. Aİİ-də tələbələr üçün 7 müxtəlif təqaüd proqramı mövcuddur. Bundan başqa, beynəlxalq miqyasda İslam həmrəyliyinin təşviqi üçün ölkəmizdə dinlərarası həmirəylik dialoqları keçirilir. Məqsəd Azərbaycanın xarici siyasətində İslam həmrəyliyinin təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, islamofobiya, dini radikalizm və ekstremizmə qarşı mübarizə mühüm yer tutur.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri



