
Oktyabrın 14-də “İ.Qutqaşınlı küç. 7/9” ünvanı üzrə (10 saylı uşaq poliklinikası) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, 10 saylı uşaq poliklinikasının baş həkimi Aygün Məmmədova, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən 10 saylı uşaq poliklinikasının baş həkimi Aygün Məmmədova iştirakçıları salamlayaraq tədbirin uşaq səhiyyəsi müəssisəsində keçirilməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirib. A.Məmmədova diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək tərəqqisini şərtləndirən strateji proqram xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi gənc nəslin sağlam böyüməsi, ana və uşaq sağlığının etibarlı qorunması, eləcə də ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində tibb işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Baş həkim vurğulayıb ki, poliklinikanın tibbi heyəti dövlət başçısının səhiyyə sahəsində həyata keçirdiyi uğurlu islahatlara həmişə dəstək verir və bundan sonra da uşaqların sağlamlığının mühafizəsi ilə yanaşı, partiya ideallarının təbliğində fəal iştirak edəcəkdir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin adından iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqinin ideoloji-siyasi əhəmiyyəti və qarşıda duran mühüm vəzifələr barədə məruzə ilə çıxış edib. Elnarə Mustafayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası müasir, qalib və qüdrətli Azərbaycanın ideoloji və siyasi avantqardıdır. Ulu Öndərin zəngin dövlətçilik xəttini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərlərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan bu möhtəşəm nailiyyətlər partiyamızın yürütdüyü ardıcıl siyasətin və sarsılmaz xalq-iqtidar birliyinin təntənəsidir.E.Mustafayeva vurğulayıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar ərazi partiya təşkilatlarının fəaliyyətində dinamikliyin və effektivliyin artırılmasını tələb edir. Səhiyyə işçiləri, xüsusilə pediatriya sahəsində çalışan mütəxəssislər cəmiyyətimizin sağlam gələcəyini, genofondumuzu formalaşdıran mühüm missiyanı yerinə yetirirlər. Səhiyyə fəallarının həm peşəkar fəaliyyətlərində, həm də partiyanın ictimai-ideoloji işində ön sıralarda olmasının vacibliyini vurğulayıb.
Çıxış edən 10 saylı uşaq poliklinikasının baş həkimin müaviniLalə Qüdrətzadə ərazi partiya təşkilatının fəaliyyəti, kollektivdəki yüksək ictimai-siyasi ruh və gənc tibb işçilərinin partiyaya inteqrasiyası barədə fikirlərini bölüşüb. L.Qüdrətzadə qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə tibb müəssisələrinin infrastrukturlarının yenilənməsi və uşaq səhiyyəsinə gösterilən diqqət və qayğı hər bir pediatrı daha əzmlə çalışmağa həvəsləndirir. O, ərazi partiya təşkilatının üzvlərinin YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları layiqincə yerinə yetirmək üçün var gücləri ilə çalışacaqlarını bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.











