GündəmSiyasət

YAP-ın VIII Qurultayında müəyyən edilən fəaliyyət xətti və qarşıdakı vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 115” ünvanında yerləşən ərazi partiya təşkilatında partiyanın VIII Qurultayında müəyyənləşdirilən hədəflər və qarşıda duran vəzifələr mövzusunda görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 5 saylı “ASAN xidmət” mərkəzinin direktoru Tural Nağıyev və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin partiya fəaliyyətində rəhbər tutulmasının əhəmiyyəti vurğulanıb. YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, partiyanın ictimai-siyasi proseslərdə iştirakı və ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələr barədə fikirlər səsləndirilib. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin qorunması, dövlətçilik ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Görüşdə həmçinin partiya üzvlərinin fəallığının artırılması, əhali ilə səmərəli ünsiyyətin qurulması, vətəndaş müraciətlərinə həssas yanaşılması və ictimai etimadın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button