AnalitikaGündəmSiyasət

Rəqəmsal İpək Yolu Layihəsi

Rəqəmsallaşma və müasir telekommunikasiya texnologiyaları ölkələrin iqtisadi rəqabət qabiliyyətini müəyyən edən ana amillərdəndir. Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı bu sahə diqqətdə saxlanılmışdır.

Xəzər dənizinin dibi ilə Azərbaycan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi ətraflı müzakirə edilmişdir.

Bu layihə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını və yüksəksürətli internet trafiki ötürülməsini təmin edəcəkdir.

Prezident İlham Əliyev layihənin reallaşdırılmasının hər iki ölkəni regionun rəqəmsal habına çevirəcəyini vurğulamışdır. Kabel xəttinin tikintisinin sürətləndirilməsi razılaşdırılmışdır.

Nəticədə, rəqəmsal infrastruktura yatırılan birgə sərmayələr iki ölkənin gələcək texnoloji inkişafını təmin edir. Prezident İlham Əliyevin səfəri rəqəmsal tərəfdaşlığa güclü təkan vermişdir.

Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button