AnalitikaGündəmSiyasət

Azərbaycan Və Mərkəzi Asiya Qardaşlığı

Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini əsrlər boyu formalaşmış ümumi tarixi, mədəni irs, dil və din birliyi bağlayır. Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında xalqlarımızı birləşdirən bu dərin tarixi və mənəvi köklərə xüsusi diqqət çəkmişdir.

Dövlət başçısı vurğulamışdır ki, müstəqillik illərində bu sağlam təməl üzərində qurulan dövlətlərarası əlaqələr bu gün ən yüksek səviyyəsinə çatmışdır. Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birinin suverenliyini və ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyirlər.

Çıxışda xalqlarımız arasında mənəvi bağların daha da möhkəmləndirilməsi üçün humanitar və mədəniyyət sahələrində birgə layihələrin davam etdirilməsinin vacibliyi nəzərə çatdırılmışdır. Mədəniyyət günlərinin və elmi konfransların keçirilməsi bu baxımdan böyük rol oynayır.

Prezident İlham Əliyev bildirmişdir ki, qardaşlıq münasibətlərimiz təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla nümayiş etdirilir. Bu birlik Türk dünyasının güclənməsinə birbaşa töhfə verir.

Yekun olaraq, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan-Mərkəzi Asiya qardaşlığı geostrateji müstəvidə sarsılmaz alyansa çevrilmişdir və bu alyans regionun gələcək inkişafının təminatçısıdır.

Həqiqət Gülalıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73b” ərazi partiya təşkilatının sədri  

Oxşar Xəbərlər

Back to top button