AnalitikaGündəmSiyasət

YAP-ın VIII Qurultayı: Milli həmrəyliyin, siyasi iradənin və Azərbaycanın gələcək hədəflərinin təntənəsi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri kimi yadda qalır. Bu mühüm siyasi tədbir partiyanın keçdiyi tarixi inkişaf yolunun, qazandığı nailiyyətlərin və qarşıya qoyduğu strateji hədəflərin bir daha dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultay, eyni zamanda, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, milli maraqların qorunması və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi platformadır.

Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt, zəngin dövlətçilik təcrübəsi və xalqın etimadı əsasında formalaşaraq Azərbaycanın müasir tarixində özünəməxsus yer tutmuşdur. Partiyanın yaradılması ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitində sabitliyin təmin olunması, müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım idi. Bu gün həmin siyasi irs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.

Heydər Əliyev siyasi irsi və güclü dövlətçilik ənənələri

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını təşkil edən ideoloji prinsiplər milli maraqlara sədaqət, dövlət müstəqilliyinin qorunması, xalqla dövlət arasında möhkəm birliyin təmin edilməsi və Azərbaycanın davamlı inkişafına xidmət etməkdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin və inkişafın təməli qoyulmuş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir.

Bu siyasi irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir partiya üzvünün vətənpərvərlik məsuliyyətidir. VIII Qurultayın əhəmiyyəti də məhz bu prinsiplərin müasir dövrün tələbləri ilə uzlaşdırılması, qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsi və siyasi həmrəyliyin daha da gücləndirilməsi baxımından qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər

Azərbaycan son illərdə sosial-iqtisadi inkişaf, beynəlxalq münasibətlər, ordu quruculuğu və dövlət idarəçiliyi sahələrində mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin regional və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi potensialının artırılmasına və milli maraqlarının qorunmasına xidmət edir.

Azərbaycan xalqının ən böyük tarixi qələbələrindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və Azərbaycan əsgərinin qəhrəmanlığının təntənəsi oldu. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və hər bir vətəndaşın Vətən sevgisi ilə yazılan bu şanlı tarix milli yaddaşımızda əbədi yaşayacaqdır.

Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button