GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr səhiyyə sahəsində çalışan partiya üzvləri ilə müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 185” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətləri baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi prioritetlərin partiya üzvlərinin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayaraq, bu istiqamətdə həyata keçirilən işlərdə hər bir partiya üzvünün fəal iştirakının vacibliyini qeyd edib.

Daha sonra çıxış edən 26 saylı şəhər poliklinikasının baş həkimi Vəfa Baxşəlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin səhiyyə sisteminin inkişafına, əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib.

Digər çıxış edənlər “Cəmşid Naxçıvanski küçəsi, 185” ərazi partiya təşkilatının sədr müavini Elnarə Hümmətova və 26 saylı şəhər poliklinikasının şöbə müdiri Cavid Seyfullayev Yeni Azərbaycan Partiyasının cəmiyyətin ictimai-siyasi həyatında rolundan bəhs edib. Partiyanın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində kollektiv məsuliyyətin, vətəndaşlarla mütəmadi ünsiyyətin və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini vurğulanıb.

Sonda görüş iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button