AnalitikaGündəmSiyasət

Hərbi xidmətin əmək bazarında rəqabət qabiliyyəti


Peşəkar hərbi xidmətin inkişafı əmək bazarında rəqabət aparan kadr sisteminin formalaşdırılmasını tələb edir. Hərbi xidmətin məsuliyyət səviyyəsi və xüsusi tələbləri nəzərə alındıqda əməkhaqqı və sosial təminat mexanizmlərinin müasir standartlara uyğunlaşdırılması kadr siyasətinin mühüm hissəsinə çevrilir.

Əməkhaqqının orta hesabla 22,8 faiz artırılması, rütbə maaşının xüsusi çəkisinin yüksəldilməsi və pensiya mexanizminin yenilənməsi hərbi xidmətin sosial paketini genişləndirən dəyişikliklərdir. Bu mexanizmlər peşəkar hərbi kadrların sistemdə uzunmüddətli fəaliyyətinə təsir göstərə biləcək amillər sırasındadır.

Nəticədə hərbi xidmət yalnız cari əməkhaqqı ilə deyil, bütöv sosial təminat paketi ilə qiymətləndirilir. Bu yanaşma peşəkar kadrların cəlb edilməsi və saxlanılması üçün institusional əsasların möhkəmləndirilməsinə yönəlir.

Nüşabə Məmmədova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button