AnalitikaGündəmSiyasət

Ortaq təhlükəsizliyə aparan yol

Sentyabrın 17-də Bakıda keçirilən görüş TürkDövlətləri Təşkilatının həyatında mühüm hadisələrdənbiri kimi yadda qaldı. Prezident İlham Əliyevintəşkilata üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərşəxslərini qəbul etməsi türk dövlətləri arasındatəhlükəsizlik sahəsində dialoqun əhəmiyyətini bir dahaortaya qoydu. Dövlət başçısının çıxışında TürkDövlətləri Təşkilatının əsas üstünlüklərindən biri kimiümumi etnik köklərə malik ölkələri birləşdirməsixüsusi vurğulandı. Dil, mədəniyyət, tarix mənəvidəyərlərin yaratdığı yaxınlıq xalqlarımızı yalnızkeçmişə deyil, həm gələcəyə bağlayan güclüamildir. Bu bağlar dövlətlərarası münasibətlərinmöhkəmlənməsində mühüm rol oynayır.

  Bu gün təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən dahageniş məna daşıyır. Terrorçuluq ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrinqanunsuz dövriyyəsi, informasiya kiberməkandameydana çıxan təhdidlər dövlətlərin qarşısında yeni mürəkkəb vəzifələr yaradır. Prezident İlham Əliyevinçıxışında da bu reallıqlardan irəli gələn məsələlərədiqqət yetirildi. Müasir çağırışların bir çoxunun yalnızbir dövlətin səyləri ilə aradan qaldırılmasının çətinliyitəhlükəsizlik sahəsində əlaqələndirilmiş fəaliyyətinvacibliyini artırır. Məhz buna görə TDT məkanındatəhlükəsizlik üzrə qurumların müntəzəm fikir təcrübə mübadiləsi strateji əhəmiyyət daşıyır.

  Azərbaycanın təşəbbüsləri ilə Bakıda belə görüşlərinkeçirilməsi ölkəmizin türk dünyasının birliyinə təhlükəsizliyinə verdiyi töhfənin daha bir nümunəsidir. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlərdənaydın olur ki, ortaq təhlükəsizlik arxitekturasınınformalaşdırılması uzunmüddətli ardıcıl əməkdaşlıqtələb edir. Türk dövlətlərinin qarşılıqlı etimad həmrəylik əsasında bir araya gəlməsi regiondasabitliyin möhkəmlənməsinə xidmət edən mühümamildir. Tarixin dərinliklərindən gələn qardaşlıqbağları müasir dövrdə yeni məzmun qazanaraqtəhlükəsiz gələcəyin qurulmasına istiqamətlənir.

Günay Məlikova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button