
20 Sentyabr Azərbaycan xalqının yaddaşında Zəfərdənquruculuğa uzanan yolun mühüm başlanğıclarından biri kimiyaşayır. Bu tarix dövlətimizin ərazi bütövlüyünün vəsuverenliyinin tam təmin olunması ilə bağlı mühüm hadisəniözündə əks etdirir. Ona görə də Dövlət Suverenliyi Günüxalqımızın tarixində yalnız bir təqvim günü deyil, böyük siyasivə mənəvi məna daşıyan milli yaddaş tarixidir. Azərbaycanın müstəqillik yolu hər zaman asan olmayıb. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmiz bir sıra ciddi sınaqlardan keçib. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, insanların doğma yurdlarından didərgin düşməsi xalqımızın yaddaşında dərin iz buraxıb. Lakin Azərbaycan xalqı heç vaxt məğlubiyyət ruhuna qapılmadı. İşğal olunmuş torpaqlarımızın azad ediləcəyinə inam nəsillərin yaddaşında yaşadı. Bu inam dövlətimizin həyata keçirdiyi siyasətin, ordumuzun gücləndirilməsinin və xalqımızın milli həmrəyliyinin mühüm dayaqlarından birinə çevrildi.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər bu yolun ən mühüm mərhələlərindən oldu. Torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Azərbaycan xalqı illərdən sonra öz doğma torpaqlarından gələn azadlıq xəbərlərini böyük sevinc və qürurla qarşıladı. Lakin tarix burada dayanmadı. 2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazisində dövlət suverenliyinin tam təmin olunması istiqamətində növbəti mühüm addım atıldı. Sentyabrın 20-də prosesin başa çatması ilə Azərbaycan öz suverenliyini ölkənin bütün ərazisində təmin etdi. Bu hadisənin yaratdığı mənəvi hissi sözlə ifadə etmək asan deyil. Çünki illərlə həsrətlə gözlənilən gün gəlmişdi. Azərbaycan bayrağı ölkənin bütün ərazilərində dalğalanırdı. Xalqın uzun illər ürəyində daşıdığı arzular gerçəkliyə çevrilmişdi. Bu gün qarşıda daha böyük və məsuliyyətli vəzifələr dayanır. Azad edilmiş ərazilərin bərpası, insanların doğma yurdlarına qayıdışı və həmin ərazilərdə dayanıqlı həyatın qurulması Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesinin əsas istiqamətlərindəndir. Qarabağda yenidən qurulan hər kənd, salınan hər yol, açılan hər məktəb həyatın qələbəsini ifadə edir. Dağıdılmış binaların yerində yeni evlərin ucalması, boş qalan küçələrdə insanların yenidən görünməsi böyük qayıdışın tarixi mənzərəsini yaradır.
Bu quruculuq həm də gələcəyə inamın göstəricisidir. Azərbaycan öz torpaqlarında yalnız fiziki bərpa işləri aparmır, eyni zamanda insanların doğma yurdla mənəvi bağlarını yenidən möhkəmləndirir.
20 Sentyabrın digər mühüm mənası milli yaddaşla bağlıdır. Bu tarix gənclərə Azərbaycanın hansı çətinliklərdən keçdiyini, hansı fədakarlıqlar hesabına bu günə gəlib çatdığını xatırladır. Tarixi bilmək və onu gələcək nəsillərə ötürmək dövlətçilik düşüncəsinin mühüm hissəsidir. Bu gün Azərbaycan gənclərinin qarşısında yeni vəzifələr dayanır. Onlar artıq Qarabağın azadlığı uğrunda mübarizənin yalnız şahidi deyil, ölkənin gələcək inkişafının iştirakçılarıdır. Onların biliyi, zəhməti, vətənpərvərliyi və dövlətçilik düşüncəsi Azərbaycanın gələcəyinin mühüm dayaqlarıdır.
20 Sentyabr həm də şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Bu Zəfərin arxasında Vətən yolunda canından keçmiş oğul və qızlarımızın müqəddəs irsi dayanır. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Dövlət Suverenliyi Günü bizə göstərir ki, xalqın milli iradəsi və dövlətin qüdrəti bir araya gəldikdə tarix dəyişə bilir. Azərbaycan xalqı öz dövlətinə, bayrağına və torpağına bağlılığını tarix boyu dəfələrlə nümayiş etdirib. Bu gün 20 Sentyabrın yaratdığı qürur hissi Azərbaycanın gələcəyə baxışında mühüm yer tutur. Zəfər artıq tariximizdir, quruculuq isə bu tarixin davamıdır. Dövlət suverenliyini qorumaq, ölkənin inkişafına töhfə vermək və milli həmrəyliyi daha da gücləndirmək hər bir vətəndaşın məsuliyyətidir.
20 Sentyabr Azərbaycan tarixində əbədi yaşayacaq. Bu tarix bizə Vətənin qiymətini, dövlətin gücünü və milli birliyin əhəmiyyətini xatırladır. Ən əsası isə bizə göstərir ki, xalqın yaddaşında yaşayan böyük arzular, dövlətçilik iradəsi və Vətən sevgisi zamanın sınaqlarından keçərək gerçəyə çevrilə bilər.
Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı


