AnalitikaGündəmSiyasət

Regional Əməkdaşlıq Və Yeni İqtisadi Dəhlizlər

Suverenliyin tam bərpası Cənubi Qafqazda regional əməkdaşlıq formatlarının genişlənməsi və yeni iqtisadi dəhlizlərin açılması üçün tarixi imkanlar yaratdı. Uzun illər təcrid olunmuş vəziyyətdə qalan region, antiterror tədbirlərindən sonra qlobal nəqliyyat şəbəkələrinə inteqrasiya olunmaq imkanı qazandı. Xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan addımlar Avrasiya məkanında ticarət yollarının şaxələnməsinə xidmət edir.

Bu qlobal əhəmiyyətli iqtisadi təşəbbüslərin və nəqliyyat layihələrinin müəllifi məhz Prezident İlham Əliyevdir. Dövlət başçısı regional əməkdaşlığın həm də təhlükəsizlik və sülh vasitəsi olduğunu dərk edərək, kommunikasiyaların açılması istiqamətində mühüm strategiya ortaya qoydu. Prezident İlham Əliyev sübut etdi ki, iqtisadi əlaqələr bütün region xalqlarının rifahına və sabitliyinə xidmət etməlidir.

Azərbaycanın nəzarətində olan bu strateji yollar ölkəmizin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, qonşu dövlətlərl də qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini gücləndirir. İqtisadi inteqrasiya separatizmin və düşmənçiliyin yerini sivil ticarət və inkişaf münasibətlərinə verir. Bu isə regional inkişafın təbii və qaçılmaz nəticəsidir.

20 Sentyabr Dövlət Suverenliyi Günü bölgəmizin iqtisadi dirçəlişinin və yeni nəqliyyat dəhlizlərinin açılış tarixidir. Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən iqtisadi siyasət, Azərbaycanı regionun əsas logistika və ticarət mərkəzinə çevirmişdir.

Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button