DünyaGündəmSiyasət

Uitkoff və Kuşner Moskvaya səfər ediblər

Göyərtəsində ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin ola biləcəyi biznes-jet Moskvaya enib.

Aktualinfo Media Qrup “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə aviasiya xidmətlərindən məlumat verilib.

“Təyyarə “Vnukovo” hava limanına eniş edib”, – deyə mənbə agentliyə bildirib.

Xatırladaq ki, ötən gün Uitkoff və Kuşnerin bu həftəsonu Ukraynadakı münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün Moskva və Kiyevə səfərlərinin planlaşdırıldığı ilə bağlı məlumat yayılmışdı.

ABŞ Prezidenti Donald Tramp Ukraynada nizamlama üzrə danışıqlar aparmaq üçün xüsusi elçiləri göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonun mümkün sülh sazişi ilə bağlı yeni ideya ağlına gəlib.

Uitkoff və Kuşner sonuncu dəfə yanvar ayında Moskvaya səfər ediblər və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.

Oxşar Xəbərlər

Back to top button