
Turizm potensialının tam şəkildə üzə çıxarılması və birgə turizm marşrutlarının yaradılması ikitərəfli əlaqələrin dinamik sahələrindəndir. Qədim İpək Yolu üzərində yerləşən tarixi şəhərləri əhatə edən turizm paketləri xarici turistlərin böyük marağına səbəb olur. Azərbaycan və Özbəkistan turizm sahəsində vizasız rejim və asanlaşdırılmış səfər qaydalarından bəhrələnirlər.
Hotellər şəbəkəsinin inkişafı, turizm infrastrukturlarına qoyulan investisiyalar xidmət səviyyəsini yüksəldir. Birgə turizm sərgilərinin təşkili və reklam kampaniyaları hər iki ölkəyə gələn turistlərin axınını artırır. Bu sahə iqtisadiyyata əlavə gəlir gətirir.
Liderlərin turizm sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı təşəbbüsləri uğurla icra olunur. Aviareyslərin sayının artması və birbaşa uçuşların təşkili sərnişinlər üçün böyük rahatlıq yaradır. Turizm xalqlarımızı bir-birinə daha da bağlayır.
Azərbaycan və Özbəkistan turizm sahəsində böyük imkanlara malikdir. Birgə turizm layihələri bu potensialı reallığa çevirir. Bu əməkdaşlıq mədəniyyətlərin dialoquna xidmət edir.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



