
Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 2023-cü il 31 iyul tarixində imzaladığıSərəncama əsasən, hər il 26 avqust – Laçın ŞəhəriGünü kimi qeyd olunur. Bu qərar LaçınınAzərbaycanın suverenliyi altında yenidəndirçəlməsinin, tarixi ədalətin bərpasının və xalqımızınşanlı Zəfərinin dövlət səviyyəsindəəbədiləşdirilməsinin bariz nümunəsidir.
26 avqust 2022-ci il Azərbaycan tarixinin ən əlamətdargünlərindən biridir. Həmin gün Azərbaycan OrdusuLaçın şəhərinə daxil olaraq şəhərdə dövlətsuverenliyini tam təmin etdi, eyni zamanda Zabux vəSus kəndləri də Azərbaycanın nəzarətinə keçdi. Bununla da Laçının otuz ilə yaxın davam edən işğalınason qoyuldu və üçrəngli Dövlət Bayrağımız yenidən buqədim Azərbaycan şəhərində qürurla dalğalandı.
Bu gün Laçın Şəhəri Günü laçınlılar üçün sadəcətəqvimdə qeyd olunan bir tarix deyil. Bu gün uzun illərdoğma yurd həsrəti ilə yaşayan insanların öz ata-babaocaqlarına qovuşmasının, doğma evlərində yenidənhəyat qurmasının və Böyük Qayıdışın sevincinintəcəssümüdür. Otuz illik ayrılıqdan sonra Laçındayanan hər ev işığı, məktəbə gedən hər uşaq, ucalan həryeni bina Azərbaycanın qüdrətinin və xalqımızınsarsılmaz iradəsinin ifadəsidir.
Bu gün Laçın şəhərində genişmiqyaslı quruculuq vəabadlıq işləri həyata keçirilir, müasir yaşayışməhəllələri salınır, sosial infrastruktur yaradılır vəkeçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğmayurdlarına qayıdırlar. Laçın artıq yalnız işğaldan azadedilmiş şəhər deyil, həm də müasir Azərbaycanıninkişafını, quruculuq əzmini və qalib xalqın gələcəyəinamını əks etdirən nümunəvi şəhərlərdən birinəçevrilməkdədir.
Bu gün laçınlılar Laçın Şəhəri Gününü otuz illikhəsrətdən sonra doğma evlərində böyük qürur, sevincvə minnətdarlıq hissi ilə qeyd edirlər. Bu bayram, ilknövbədə, Vətən uğrunda canlarını fəda etmişşəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizinqəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərintəntənəsinin ifadəsidir. Laçının yenidən dirçəlməsiAzərbaycanın güclü dövlətinin, qüdrətli Ordusunun vəxalqımızın milli birliyinin ən parlaq təcəssümüdür.
Xədicə Əliyeva,
YAP Xətai Rayon Təşkilatının fəalı



