
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonununinzibati mərkəzi Laçın şəhəridir. Azərbaycanınqərbində, Kiçik Qafqazın füsunkar dağ silsilələriarasında yerləşən Laçın zəngin tarixi, bənzərsiz təbiətivə milli-mədəni irsi ilə ölkəmizin ən gözəlguşələrindən biri hesab olunur. Dağlar qoynundayerləşən bu qədim yurd əsrlər boyu Azərbaycanxalqının yaşayış məskəni, milli dəyərlərinin və adət-ənənələrinin yaşadıldığı mühüm mərkəzlərdən biriolmuşdur.
Laçın əlverişli coğrafi mövqeyi ilə tarix boyu stratejiəhəmiyyətə malik olub. Rayonun sıx meşələri, zənginflora və faunası, gur bulaqları, çayları və yaylaqlarıonu təbiət möcüzəsinə çevirir. Turşsu, Minkənd, Zabux, Sus və digər yaşayış məntəqələri öz təbiigözəlliyi və qədim tarixi ilə seçilir. Laçın həm dəQarabağ ilə Şərqi Zəngəzur bölgəsini birləşdirənmühüm nəqliyyat qovşağı kimi tanınıb.
Laçının tarixi yalnız təbii gözəllikləri ilə deyil, həm dəxalqımızın qəhrəmanlıq salnaməsi ilə zəngindir. 1992-ci il mayın 18-də rayon Ermənistan silahlı qüvvələritərəfindən işğal edildi. İşğal nəticəsində şəhər vəkəndlər dağıdıldı, tarixi-mədəni abidələr vandalizməməruz qaldı, minlərlə laçınlı doğma yurdunu tərketməyə məcbur oldu. Lakin bu ağır sınaqlar xalqımızıniradəsini qıra bilmədi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılantarixi Zəfər Azərbaycanın ərazi bütövlüyününbərpasına yol açdı. Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan Ordusununqazandığı möhtəşəm qələbə nəticəsində işğala sonqoyuldu. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri tam şəkildə Azərbaycanınnəzarətinə keçdi. Həmin gün Prezident İlham Əliyevinxalqa müraciəti hər bir azərbaycanlının qəlbində böyükqürur hissi yaratdı və Laçının doğma sakinlərinəqayıdışının başlanğıcı oldu.
Bu gün Laçın yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən Böyük QayıdışProqramı çərçivəsində şəhərdə və rayonun digəryaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpaişləri aparılır. Müasir yaşayış binaları, məktəblər, uşaqbağçaları, tibb müəssisələri, inzibati binalar və müasiryol infrastrukturu inşa edilir. Laçına köç edən ailələrinsayı ildən-ilə artır, şəhərdə sosial və iqtisadi həyatyenidən canlanır.
Laçının inkişafı yalnız infrastrukturun bərpası iləməhdudlaşmır. Rayonun turizm, kənd təsərrüfatı vəekoloji potensialının reallaşdırılması istiqamətindəmühüm layihələr həyata keçirilir. Füsunkar təbiəti, zəngin biomüxtəlifliyi və qədim tarixi abidələri Laçınıgələcəkdə Azərbaycanın əsas turizm mərkəzlərindənbirinə çevirmək üçün böyük imkanlar yaradır.
Laçın bu gün Azərbaycanın qələbəsinin, millibirliyinin və dövlətimizin qüdrətinin rəmzidir. Otuzillik həsrətdən sonra doğma yurduna qayıdanlaçınlıların sevincində həm tarixi ədalətin bərpası, həmdə gələcəyə böyük inam əks olunur. Bu torpaqlardaucalan hər yeni bina, salınan hər yeni yol və doğulanhər yeni ümid Azərbaycanın davamlı inkişafının vəBöyük Qayıdış siyasətinin uğurla həyata keçirildiyinigöstərir.
1930-cu il avqustun 8-də əsası qoyulan Laçın rayonubu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır. Qədimyurd yeri olan Laçın artıq azad, abad və firavangələcəyə doğru inamla addımlayır. Bu şəhər hər zamanAzərbaycan xalqının qürur mənbəyi, dövlətimizingücünün və xalqımızın sarsılmaz iradəsinin parlaqsimvolu olaraq qalacaq.
Mələk Mahmudlu,
YAP Xətai Rayon Təşkilatının fəalı



