
Azərbaycan və Özbəkistan arasında münasibətlərəsrlərin sınağından çıxmış ortaq tarixi, mənəvi vəmədəni dəyərlər üzərində formalaşıb. Hər iki xalqı bir-birinə yaxınlaşdıran yalnız dövlətlərarası maraqlardeyil, eyni zamanda dil, din, adət-ənənələr, ortaqmənəvi irs və türk dünyasına mənsubluq hissidir. Buyaxınlıq xalqlarımız arasında dərin qarşılıqlı rəğbətinyaranmasına, qardaşlıq münasibətlərinin nəsildən-nəsləötürülməsinə şərait yaradıb.
Azərbaycan xalqı ilə özbək xalqının tarixi keçmişi birçox məqamlarda ortaq dəyərlərlə səciyyələnir. Böyüktürk sivilizasiyasının ayrılmaz hissəsi olan bu xalqlarəsrlər boyu öz milli kimliklərini, mədəniyyətlərini vəmənəvi dəyərlərini qoruyaraq zəngin irsformalaşdırıblar. Ədəbiyyat, incəsənət, musiqi, xalqyaradıcılığı və dövlətçilik ənənələri iki xalq arasındakıyaxınlığın mənəvi əsaslarını daha da gücləndirib.
Müstəqillik dövründə Azərbaycan-Özbəkistan əlaqələriyeni mərhələyə qədəm qoyaraq daha dinamik vəməzmunlu xarakter alıb. Dövlət müstəqilliyininqorunması, milli maraqların müdafiəsi, qarşılıqlıdəstək və beynəlxalq məsələlərdə həmrəylik hər ikiölkənin münasibətlərində mühüm yer tutub. Son illərdəbu əlaqələrin inkişafı xüsusilə sürətlənib, siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar münasibətlər vəregional məsələlər üzrə qarşılıqlı fəaliyyət daha genişməzmun qazanıb.
Bu gün Azərbaycan və Özbəkistan arasındaformalaşmış münasibətlər adi diplomatik əməkdaşlıqçərçivəsindən xeyli kənara çıxaraq ən yüksəksəviyyəyə – müttəfiqlik mərhələsinə yüksəlib. Bu, ikidövlət arasında mövcud olan qarşılıqlı etimadın, siyasiiradənin və ortaq gələcək baxışlarının göstəricisidir. Müttəfiqlik münasibətləri yalnız imzalanmış sənədlərlədeyil, həm də həyata keçirilən konkret layihələr, qarşılıqlı səfərlər, intensiv siyasi dialoq və xalqlararasındakı səmimi münasibətlərlə möhkəmlənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə Özbəkistan Respublikasının Prezidenti ŞavkatMirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və yüksək etimad dövlətlərarasıəlaqələrin inkişafında mühüm rol oynayır. İki liderinmünasibətlərə xüsusi diqqət yetirməsi Azərbaycan-Özbəkistan qardaşlığının daha da möhkəmlənməsinə, əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinəşərait yaradıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər dərinqarşılıqlı rəğbətə əsaslanır. Bu rəğbət süni şəkildəyaradılmış və ya yalnız siyasi proseslərin nəticəsindəmeydana çıxmış münasibət deyil. Onun köklərixalqlarımızın tarixi yaddaşında, ortaq mənəvidünyasında və əsrlər boyu formalaşmış qardaşlıqduyğularında yaşayır. Məhz buna görə dədövlətlərarası əlaqələrin inkişafı xalqlar tərəfindənböyük məmnunluqla qarşılanır.
Azərbaycan və Özbəkistanın bir-birinə göstərdiyidəstək xüsusilə çətin və taleyüklü dövrlərdə özünüaydın şəkildə nümayiş etdirib. Qarşılıqlı hörmətəəsaslanan münasibətlər hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verilən dəstəklədaha da möhkəmlənib. Bu yanaşma dövlətlər arasındasiyasi etimadın yüksək səviyyədə olduğunu göstərir.
İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi dəAzərbaycan-Özbəkistan münasibətlərinin əsasistiqamətlərindən biridir. Ticarət dövriyyəsininartırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər sahələrdəbirgə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadipotensialından daha səmərəli istifadə etməyə imkanyaradır. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi, iqtisadi imkanları və regionda həyata keçirdiklərilayihələr əməkdaşlıq üçün geniş perspektivlər açır.
Nəqliyyat və logistika sahəsində tərəfdaşlıq xüsusiəhəmiyyət daşıyır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimiregionun tranzit imkanlarının genişlənməsində fəal roloynayır. Özbəkistan isə Mərkəzi Asiyanın aparıcıdövlətlərindən biri olaraq regional iqtisadi əlaqələrininkişafında mühüm mövqeyə malikdir. Bu imkanlarınbirləşdirilməsi Avrasiya məkanında yeni iqtisadi vənəqliyyat perspektivlərinin yaranmasına xidmət edir.
İki ölkə arasında mədəni-humanitar əməkdaşlıq daqardaşlıq münasibətlərinin möhkəmlənməsindəmühüm vasitədir. Qarşılıqlı mədəniyyət günlərininkeçirilməsi, ədəbiyyat və incəsənət xadimləri arasındaəlaqələrin genişlənməsi, tələbə və gənclərin mübadiləproqramlarında iştirakı xalqlarımızın bir-birini dahayaxından tanımasına şərait yaradır. Mədəniyyətsahəsində əməkdaşlıq siyasi və iqtisadi münasibətlərinmənəvi dayaqlarını daha da gücləndirir.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasındaÖzbəkistanın göstərdiyi qardaşlıq dəstəyi iki ölkəarasındakı münasibətlərin xüsusi məzmununu nümayişetdirir. Özbək xalqının və dövlətinin Azərbaycanındirçəliş prosesinə verdiyi töhfə qardaşlığın yalnızsözlərdə deyil, real addımlarda da öz əksini tapdığınıgöstərir. Bu, xalqlarımız arasındakı dostluğun gələcəknəsillər üçün də mühüm mənəvi nümunə olduğunutəsdiqləyir.
Prezident Şavkat Mirziyoyevin Azərbaycan iləəlaqələrin inkişafına verdiyi xüsusi diqqət ölkəmizdəyüksək qiymətləndirilir. Onun Azərbaycan vəÖzbəkistan arasında qardaşlıq, birlik və müttəfiqlikmünasibətlərinin möhkəmləndirilməsi istiqamətindəqətiyyətli fəaliyyəti iki dövlət arasındakı əməkdaşlığınbugünkü yüksək səviyyəyə çatmasında mühüm roloynayıb. Prezident Mirziyoyevin səmimi münasibəti vəsiyasi iradəsi Azərbaycan xalqında dərin hörmət vərəğbət doğurub.
İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcudolan dostluq münasibətləri dövlət başçıları arasındakışəxsi ünsiyyətlə məhdudlaşmır. Bu münasibətlər ikiölkənin strateji maraqlarının uzlaşmasına, qarşılıqlıetimada və ortaq gələcəyə dair baxışların uyğunluğunaəsaslanır. Məhz bu amillər Azərbaycan-Özbəkistanəməkdaşlığının davamlı və uzunmüddətli inkişafınıtəmin edən əsas şərtlərdəndir.
Müasir dövrdə dünyada baş verən mürəkkəb siyasi vəiqtisadi proseslər dövlətlər arasında etibarlıtərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə şəraitdəAzərbaycan və Özbəkistanın bir-birinə arxalanması, regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəknümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır. Hər ikiölkə müstəqil siyasət yürüdərək milli maraqlarınıqoruyur, eyni zamanda əməkdaşlıq və qarşılıqlı faydalıtərəfdaşlıq prinsiplərinə sadiq qalır.
Ariz Məmmədli,
YAP Xətai Rayon Təşkilatının fəalı



