AnalitikaGündəmSosial

Azərbaycan Dili – Milli Mənəviyyatımızın Güzgüsü

Ulu Öndər Heydər Əliyev həmişə vurğulayırdı ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini və mədəniyyətini yaşadan onun dilidir. Ümummilli Lider 1998-ci ildə Londonda azərbaycanlılarla görüşü zamanı qeyd etmişdir ki, musiqi və ədəbiyyat da milliliyi təsdiq etsə də, ən birinci təsdiq edən amil dildir. Əgər Azərbaycan dili olmasa, bu dildə ədəbiyyat, musiqi və mahnılar da mövcud ola bilməzdi.

Müstəqil dövlətimizin olmadığı çətin tarixi dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan və assimilyasiya olunmağa imkan verməyən məhz ana dilimiz və mədəniyyətimiz olmuşdur. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi milli birliyimizin ən başlıca simvollarını qorumaq deməkdir.

Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Dilimizin saflığının qorunması alimlərin, yazıçıların, media nümayəndələrinin və ümumilikdə bütün vətəndaşların birgə məsuliyyəti olmalıdır.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button