GündəmSosial

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbulda rayon sakinləri ilə görüşüb

Sakinlərin qarşılaşdıqları çətinliklərin yerindəcə öyrənilməsi və qaldırılan məsələlərin vaxtında həll edilməsi məqsədilə 24 iyun 2026-cı il tarixində növbəti vətəndaş qəbulu təşkil olunub. 61 nömrəli tam orta məktəbdə baş tutan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov yerli sakinlərlə bir araya gəlib.

Aktualinfo Media Qrup xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə, rayonun xidmət sahələrinin rəhbərləri və yerli sakinlər iştirak ediblər.

Görüş zamanı vətəndaşların müxtəlif sahələrlə bağlı müraciətləri fərdi qaydada dinlənilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov səsləndirilən hər bir problemin qanunvericiliyə uyğun, çevik və effektiv şəkildə həll olunması üçün aidiyyəti struktur bölmələrinin və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar verib və məsələlərin icrasını nəzarətə götürüb.

Oxşar Xəbərlər

Back to top button