Sosial
Bu gün Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Abasov Elvin Səxavət oğlunun doğum günü ilə əlaqədar əziz xatirəsi yad olunub

Bu gün Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Abasov Elvin Səxavət oğlunun doğum günü ilə əlaqədar əziz xatirəsi yad olunub. Bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri Şamaxı rayonu Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər.





