AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığının sübutudur 

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və müttəfiqliyin rəmzi sayılan “Şuşa Bəyannaməsi”nin imzalanmasından beş il ötür. 15 iyun 2021-ci il tarixində iki qardaş ölkə arasında iqtisadi, siyasi müttəfiqliyə əsaslana belə bir sənədin Qarabağda, Azərbaycanın qədim şəhəri olan Şuşada imzalanmasını əlamətdar, tarixi bir gün və dünyaya bir mesaj kimi də qiymətləndirmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şuşa Bəyannaməsi” imzalandıqdan sonra iki qardaş dövlət arasındakı bu müttəfiqliyi tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığına əsaslanan əlaqə kimi qiymətləndirdi. Ölkəmizin Başçısı tarixi Bəyannamənin xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarında əksini tapdığını xatırlatdı. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları ilə öz təsdiqini tapmışdır. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. “XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Bəyannaməni imzalayarkən Cənab Prezident İlham Əliyev 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsini xatırladaraq 100 ildən sonra məhz azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında Birgə Bəyannamənin imzalanmasını böyük rəmzi məna daşıdığını bildirdi. Bu sənəd iki dövlət arasında beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi və iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti sahələrini əhatə edir.

Ölkəmizin Başçısı əməkdaşlıq sahəsində iki məsələni xüsusi tarixi nailiyyət kimi qiymətləndirdi. Bunlardan biri, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi, müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləridir. Digəri isə İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi sayılan Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir : “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəyannamə imzalandıqdan sonra bildirdi ki, “bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/ ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button