
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyeva haqqında söylədiyi fikirlər bu görkəmli şəxsiyyətin daxili dünyasının və həyat fəlsəfəsinin formalaşma mənbələrini anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma göstərir ki, böyük alim və humanist insan kimi tanınan Zərifə Əliyevanın şəxsiyyətinin əsasları onun uşaqlıq illərində qoyulmuşdur.
Prezidentin vurğuladığı kimi, uşaqlıq dövrü insan həyatının ən mühüm mərhələlərindən biridir və bu dövrdə formalaşan mənəvi keyfiyyətlər insanın bütün həyatına təsir göstərir. Zərifə Əliyevanin həyat yolu da bu fikrin bariz nümunəsidir. Onun uşaqlıq illərinin xoşbəxt, sevgi və qayğı ilə əhatə olunmuş mühitdə keçməsi gələcəkdə onun xeyirxah, mərhəmətli və insanlara bağlı bir şəxsiyyət kimi formalaşmasına zəmin yaratmışdır.
Uşaqlıq dövründə əldə edilən təcrübələr və hisslər insanın dünyagörüşünü, insanlara münasibətini və həyat prinsiplərini müəyyən edir. Zərifə Əliyevanin dəfələrlə bu mövzuya qayıtması və uşaqlığın əhəmiyyətini vurğulaması onun həyat fəlsəfəsində bu mərhələnin nə qədər vacib yer tutduğunu göstərir. O, uşaqlığı yalnız keçmiş bir dövr kimi deyil, insanın ömrü boyu müraciət etdiyi mənəvi dayaq nöqtəsi kimi qiymətləndirirdi.
Alimin yaddaşında uşaqlıq dövrünün məhəbbət və xoş xatirələrlə dolu olması onun gələcək fəaliyyətində də özünü aydın şəkildə göstərmişdir. O, insanlara qarşı həssas münasibəti, şəfqəti və diqqəti ilə seçilmiş, hər kəsə ümid və inam bəxş edən bir şəxsiyyət kimi tanınmışdır. Bu keyfiyyətlər təsadüfi deyil, məhz uşaqlıqda formalaşmış mənəvi dəyərlərin təzahürü idi.
İlham Əliyevin fikirlərindən aydın olur ki, Zərifə Əliyevanin həyat fəlsəfəsinin əsasını xeyirxahlıq, mərhəmət və insanlara sevgi təşkil edirdi. Bu dəyərlər onun həm şəxsi həyatında, həm də peşə fəaliyyətində aparıcı rol oynamışdır. O, həkim kimi xəstələrinə yalnız tibbi yardım göstərməklə kifayətlənmir, onların mənəvi durumuna da diqqətlə yanaşırdı.
Zərifə Əliyevanin həyat fəlsəfəsinin formalaşmasında uşaqlıq dövrü həlledici rol oynamışdır. Onun bu dövrə verdiyi yüksək dəyər və bu barədə söylədiyi fikirlər gələcək nəsillər üçün mühüm bir mesajdır: sağlam və xoşbəxt uşaqlıq yalnız fərdi inkişafın deyil, bütövlükdə cəmiyyətin mənəvi inkişafının əsasını təşkil edir.
Zərifə Əliyeva uşaqlıq illərində qazandığı mənəvi dəyərləri bütün həyatı boyu qoruyub saxlamış və bu keyfiyyətləri ətrafındakı insanlara da aşılamışdır. Onun həyat fəlsəfəsində uşaqlıq yalnız xatirələr toplusu deyil, eyni zamanda insanın xarakterinin, dünyagörüşünün və davranış modelinin formalaşdığı əsas mərhələ kimi çıxış edirdi. Bu baxımdan, o, gələcək nəsillərin sağlam və xoşbəxt mühitdə böyüməsinin cəmiyyətin inkişafı üçün vacib amil olduğunu xüsusi olaraq vurğulayırdı.
YAP Xətai rayon təşkilatı fəalı
Cahan Bayramlı



