GündəmSosial

YAP Şəki rayon təşkilatında ƏPT sədrinin 65 illik yubileyi qeyd edilib

09 aprel 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının “Musiqi kolleci” ərazi partiya təşkilatının sədri (Şəki Dövlət Regional Kollecin direktoru) Şərifov Sərdar Ənvər oğlunun 65 illik yubileyi münasibətilə təşkilatın inzibati binasında görüş keçirilmişdir.

Görüş zamanı YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov yubilyarın nümunəvi ictimai-siyasi fəaliyyətindən, partiya fəaliyyətində uzun illər göstərdiyi səmərəli işdən, göstərdiyi təşəbbüskarlıq və fəallıqdan bəhs etmiş, onun təşkilati işlərdəki yüksək məsuliyyəti və fəallığı ilə kollektiv içində böyük hörmət və etimad qazandığını vurğulamışdır. Həmçinin Sərdar Şərifovun uzun illər ərazi partiya təşkilatının sədri kimi partiyanın ideya və məqsədlərinə sədaqətlə xidmət etdiyini qeyd edərək, bu illər ərzində partiyanın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Sədr müavini Ziya Vəliyev yubilyarı təbrik edərək bildirmişdir ki, Sərdar Şərifovun zəngin həyat və fəaliyyət yolu gənc nəsil üçün örnəkdir. Qeyd etmişdir ki, ƏPT sədrimizin fəaliyyəti, əldə edilmiş nailiyyətlər, göstərdiyi xidmətlər və qazandığı nüfuz yüksək dəyərləndirilir və hər zaman hörmətlə xatırlanacaq.

Görüşdə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı tərəfindən yubilyara Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilmişdir.

Göstərilən diqqətə, səmimi və maraqlı şəraitdə keçən görüşə görə yubilyar Sərdar Şərifov YAP Şəki rayon təşkilatının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirmişdir. O, bu etimadın onun üçün böyük stimul olduğunu və bundan sonra da partiyanın inkişafı naminə səylə çalışacağını vurğulamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş və hazırda möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan və partiyaya xidmət etməkdən qürur duyduğunu bildirmişdir.

Təşkilatımızın kollektivi adından Sərdar Şərifovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı, uğurlar arzu edirik!

Oxşar Xəbərlər

Back to top button