
2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində mətbuata etdiyi çıxış iki ölkə arasında çoxəsrlik dostluq və strateji əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətini və gələcək perspektivlərini özündə birləşdirənmühüm mesajlar toplusudur. Dövlət başçısının nitqi siyasi, iqtisadi və geosiyasi əməkdaşlığın bütün istiqamətlərini əhatə etmişdir. Bu səfər həm iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, həm də regionda əməkdaşlıq çərçivələrinin genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir.
Prezident çıxışına “Yenidən qardaşGürcüstanda olmaq mənim üçün böyük şərəfdir”sözləri ilə başlayaraq, Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərə söykənən dostluq münasibətlərinə diqqət çəkmişdir. İki ölkə arasında tarixən formalaşmış əlaqələr siyasi müstəvidən əlavə olaraq mədəni və humanitar sahələrdə də təzahür etmişdir ki, bu da ikitərəfli etimadın möhkəmlənməsinə xidmət etmişdir. O, iki ölkənin müstəqil dövlətlər kimi uğurla irəlilədiyini vurğulamış, Gürcüstanda müşahidə olunan iqtisadi inkişaf və stabilliyi təqdir etmişdir. Prezidentin sözlərinə görə, bu sabitlik ölkədə əlverişli investisiya şəraitinin formalaşmasına və xarici sərmayənin artmasına səbəb olmuşdur.
Bəyanatda Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyətə xüsusi yer ayrılmışdır. Prezident qeyd etmişdir ki, hazırda regionda yeni reallıqlar formalaşır və bu imkanlardan doğru şəkildə yararlanmaq lazımdır. O diqqətə çatdırmışdır ki, qlobal miqyasda münaqişələrin hələ də mövcud olduğu bir zamanda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi mühüm nailiyyətdir. İki ölkə arasında qarşılıqlı fəaliyyət iqtisadi, enerji və nəqliyyat sektorlarında da yüksək səviyyədədir. Ötən ildə ticarət dövriyyəsinin səkkiz yüz milyon dolları aşması və artım sürətinin saxlanılması iqtisadi tərəfdaşlığın güclənməsini göstərir. Bizim tərəfdən Gürcüstan iqtisadiyyatına yatırılan 3,7 milyard dollarlıq investisiya da bu əlaqələrin əsas göstəricilərindən biridir. Enerji və nəqliyyat sektorları strateji əməkdaşlığın təməlini təşkil edir. Azərbaycan qazının ixrac prosesində Gürcüstanın ilkin tərəfdaş olması, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji təhlükəsizliyində vacib rol oynayır. Bununla yanaşı, Orta Dəhliz layihəsi iki ölkəni Avropa və Asiya arasında mühüm logistika körpüsünə çevirir.
Nəticədə, Prezident İlham Əliyevin Gürcüstan mediasına çıxışı Azərbaycan-Gürcüstan arasındakı münasibətlərin yüksək inkişaf səviyyəsini və region üçün rolunu yenidən sübut edir. Qarşılıqlı inam, ortaq mənafelər və uzunmüddətli davam edən əməkdaşlıq bu strateji əməkdaşlığın təməlini təşkil edir və gələcək tərəqqi üçün güclü baza formalaşdırır. Bu əməkdaşlıq modeli regionda sabitliyin təmin edilməsi, iqtisadi inteqrasiyanın mühkəmləndirilməsi və dayanıqlı inkişafın təşviqində örnək platforma kimi çıxış edir.
SOCAR, Neft Kəmərləri İdarəsi
YAP- Xətai Rayon təşkilatı fəalı Məmmədova Sevda Cavad qızı



