OrduSiyasət

MN: Ağdərədə istismar müddəti başa çatmış yararsız döyüş sursatları məhv ediləcək

Aprelin 6–10-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Aktualinfo.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda bildirilir.

Oxşar Xəbərlər

Back to top button