
Prezident İlham Əliyev 27 fevral 2026-cı il tarixində Xocalı şəhərində
Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxış edərək bu abidənin
həm tarixi ədalətin təcəssümü, həm də milli yaddaşın rəmzi olduğunu bildirmişdir. O vurğulamışdır ki, memorial təkcə keçmişin ağrılarını xatırlatmaq üçün deyil,
eyni zamanda xalqın sınmaz iradəsini nümayiş etdirmək məqsədi daşıyır.
Çıxış zamanı dövlət başçısı qeyd etmişdir ki, Xocalı faciəsi Azərbaycan
xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu hadisənin
həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi və onların adının daim uca tutulması dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir.
Prezident həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı
yenidənqurma və bərpa işlərinə toxunaraq Xocalının dirçəlişinin
xalqın qələbə ruhunun və milli birliyinin göstəricisi olduğunu bildirmişdir.
Memorial Kompleksin məhz Xocalıda inşa olunması xüsusi rəmzi məna daşıyır.
Bu addım həm faciənin unudulmadığını, həm də ədalətin bərpa olunduğunu göstərir.
“Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük” fikri isə xalqın bütün sınaqlardan keçərək öz birliyini və vətənə bağlılığını
qoruyub saxladığını ifadə edir. Prezident İlham Əliyevin sözlərinə görə , bu memorialın açılışı təkcə xatirə deyil, eyni zamanda ədalətin təntənəsi və Azərbaycan dövlətinin tarixi missiyasının yerinə yetirilməsinin göstəricisidir. Kompleks Xocalı faciəsini qurbanlarının ehtiramla yad etməklə yanaşı, həm də Azərbaycanın öz tarixi və ədalət uğrunda mübarizəsini simvolizə edir. Prezident qeyd edib ki, dövlətin gücü sayəsində artıq heç kimin Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törətməyə cürət etməməli olduğunu xüsusi vurğulayıb. Çıxış həm hüzn, həm də qürur və gələcəyə inam hissi ilə yadda qalmışdır.
Əliyeva Pərvanə,
Bakı Slavyan Universitetinin müəllimi



