AnalitikaGündəmSiyasət

Milli ləyaqətin bərpası

 

İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında çıxışı Azərbaycan xalqının milli yaddaşı, ədalət və tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident çıxışında vurğuladı ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu faciə heç vaxt unudulmayacaq.

O qeyd etdi ki, şəhidlərin xatirəsi daim ehtiramla anılır, onların qanı yerdə qalmayıb və tarixi ədalət bərpa olunub. Memorial kompleksinin açılması həm qurbanların əziz xatirəsinə hörmətin ifadəsi, həm də gələcək nəsillərin bu faciəni unutmaması üçün mühüm addımdır.

Prezidentin mesajı ondan ibarət idi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanında olacaq, milli yaddaşı qoruyacaq və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button