AnalitikaGündəmSosial

2 fevral – Gənclər günüdür

02 fevral 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Heydər Əliyev prospekti 38” və “Rəfail Əsədov küçəsi 14” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 2 Fevral – Gənclər Gününə həsr edilmiş “2 fevral – Gənclər günüdür” adlı tədbir keçirilib.

Aktualinfo.az xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildirib ki, 2 Fevral Gənclər Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.

Tədbirdə çıxış edən digər natiqlər – Uşaq Gənclər İdman Şahmat məktəbinin müəllimi Şahin Həsənov, “Rəfail Əsədov küçəsi 14” Ərazi Partiya Təşkilatının sədri Turan Hüseynov və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Zöhrə Qrubanova bildiriblər ki, 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır. Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Gəncliyimiz azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Burada məqsəd, şübhəsiz, yeni düşüncəli, milli ruhlu gənclik formalaşdırmaq, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

Oxşar Xəbərlər

Back to top button