AnalitikaGündəmSiyasət

Kəlbəcərə dönüş yeni inkişaf dövrünün başlanğıcıdır

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri həm tarixi ədalətin bərpasını, həm də gələcəyə yönəlmiş böyük inkişaf yolunu göstərdi. Kəlbəcərin azad olunması yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın strateji planlarının, diplomatik uğurlarının və milli iradəsinin nəticəsi kimi qiymətləndirilir.

2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror əməliyyatları Azərbaycanın suverenliyini tam bərpa etdi və dövlət təhlükəsizliyini təmin etdi. Bu əməliyyatlar həm də göstərdi ki, Azərbaycanın ərazilərində hər hansı qeyri-qanuni silahlı varlıq mövcud ola bilməz.

Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə dörd yaşayış kompleksi inşa edilir, şəhərə işıq, qaz, su xətləri çəkilib, yollar salınıb və mina təmizləmə işləri aparılıb. Yeni məktəblər, modul tipli təhsil müəssisələri və sosial obyektlər istifadəyə verilib. Bu tədbirlər Kəlbəcərin sosial-iqtisadi həyatını canlandıracaq, bölgədə dayanıqlı inkişafı təmin edəcək.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurları diqqətə çatdırdı. Naxçıvanla quru bağlantısının təmin edilməsi və Zəngəzur dəhlizinin açılması Azərbaycanın regional əhəmiyyətini artırır. Kəlbəcərə dönüş yeni inkişaf dövrünün başlanğıcıdır və ölkəmizi güclü dövlət, regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi təqdim edir.

Yeni Azərbaycan Partiyasının fəalı
Ülviyyə Mirzəliyeva

Oxşar Xəbərlər

Back to top button