AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Türkmənistan səfəri yeni regional əməkdaşlıq konfiqurasiyasını formalaşdırır

“Prezident İlham Əliyevin Türkmənistanın Avaza şəhərində keçirdiyi görüşlər və imzalanmış sənədlər yeni regional əməkdaşlıq konfiqurasiyasının formalaşmasına təkan verir. Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlıq formulu nəinki Mərkəzi Asiya və Xəzər hövzəsində, o cümlədən Avrasiya coğrafiyasında tranzit və ticarət xəritəsini daha da zənginləşdirəcək. Azərbaycan-Türkmənistan-Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini də nəzərə alsaq o zaman bu əməkdaşlıq imkanlarının sərhədlərinin nə qədər geniş və faydalı olacağını indidən proqnozlaşdırmaq mümkün olar”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş bu münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı əməkdaşlıq Asiya ilə Avropa arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu gün Avropadan Asiyaya və əksinə uzanan ticarət yolları üzərində yerləşən hər üç dövlət Avrasiyada mühüm əməkdaşlıq platformasını formalaşdırırlar. Hər üç ölkə eyni zamanda yerləşdikləri geostrateji məkanın enerji təhlükəsizliyinin də təmin olunmasında əhəmiyyətli rola malikdirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması da regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq”.

“Türkmənistanın və Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında gedən abadlıq və quruculuq işlərinə də töhfə verməsi üçtərəfli dostluq və qardaşlıq əlaqələrinin mühüm göstəricisidir” – deyən Ramil Vəlibəyov onu da qeyd edib ki, Azərbaycanda Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ, Türkmənistanda isə Prezident İlham Əliyevə “Taus” ləqəbli “Axaltəkə” atının hədiyyə edilməsi də xüsusi rəmzi məna daşımaqdadır. Bu dost və qardaş xalqlar və ölkələr arasında münasibətlərin bundan sonra da dərinləşəcəyinə, kənar qüvvələr nifaq salmaq cəhdləri boşa çıxacağına işarədir.

Oxşar Xəbərlər

Back to top button