
“Mançester Siti”nin mərkəz müdafiəçisi Manuel Akanci İstanbulun “Qalatasaray” klubuna keçə bilər.
“Aktualinfo.az”ın məlumatına görə, bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsindəki səhifəsində xəbər verib.
Mənbənin sözlərinə görə, Türkiyə klubu artıq “şəhərlilər” və futbolçunun agenti ilə əlaqə saxlayır. Oyunçunun özü hələ qərar verməyib.
Akanci İsveçrə futbolunun yetirməsidir. O, həmçinin “Vintertur”, “Bazel” və Dortmund “Borussiya”sında oynayıb. 2017-ci ildən İsveçrə millisində çıxış edir.
“Transfermarkt” Manuelin hazırkı bazar dəyərini 28 milyon avro qiymətləndirir. Müdafiəçinin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, İstanbul klubunun mətbuat xidməti avqustun 1-də Türkiyə futbolu üçün fantastik sayılan 75 milyon avroya “Napoli”dən nigeriyalı Viktor Osimhenin transferini açıqlayıb. Əvvəlki transfer rekordu 19,5 milyon avroya İspaniyanın “Sevilya” klubundan Mərakeş millisinin hücumçusu Yusuf En-Nesirini satın alan “Fənərbaxça”ya məxsus olub.