GündəmSiyasət

Tramp Putinlə görüşün onun üçün məğlubiyyətlə başa çatdığına dair iddialara münasibət bildirib

“Saxta xəbərlər” 3 gündür deyir ki, mən Rusiya Prezidenti Vladimir Putinin Amerika Birləşmiş Ştatlarında sammit keçirməsinə icazə verməklə “böyük məğlubiyyətə” uğramışam.

Aktualinfo.az “Report”-a istinadən  xəbər verir ki, bunu rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirdiyi sammitin nəticələrinin tənqid edildiyi liberal mediada yayılan xəbərlərə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

D. Tramp bildirib ki, Vladimir Putin görüşün başqa yerdə keçirilməsini “çox istəyərdi”:

“Əgər biz Sammiti başqa yerdə keçirsəydik, demokratların idarə etdiyi və nəzarət etdiyi media bunun necə dəhşətli bir şey olduğunu deyəcəkdi. Bu insanlar xəstədirlər!”

Oxşar Xəbərlər

Back to top button