AnalitikaGündəmSiyasət

Azərbaycan iqlim dəyişikliyi və innovasiya sahəsində fəal layihələr həyata keçirir

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının bərpası və təminatı Azərbaycan üçün önəmli milli məsələlərdən biridir. Uzun illərdir ki, zorla didərgin salınmış soydaşlarımız öz doğma yurdlarına qayıtmaq üçün haqlı mübarizə aparırlar. Bu istiqamətdə beynəlxalq səviyyədə əldə edilən dəstək və qəbul olunan qərarlar isə ölkəmizin haqq işinə verilən qiymətin göstəricisidir.

Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququna dəstək verən qətnamənin 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunması olduqca əlamətdar hadisə oldu. Bu, həm Azərbaycanın, həm də Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm addımdır.

Qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunları “İstanbul Bəyannaməsi” adlı sənəddə əksini tapıb. Bu bəyannamədə zorla didərgin salınmış azərbaycanlıların geri dönmək hüququ təsdiqlənir, eyni zamanda Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qətiyyətlə qınanılır. Bu addımlar, beynəlxalq hüququn prinsipial şəkildə müdafiə olunması və insan hüquqlarının bərpası yolunda atılmış vacib addımlardır.

Azərbaycan dövləti və xalqı Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına sülh və ədalət yolu ilə qayıtması üçün bütün səylərini bundan sonra da davam etdirəcək. Bu məsələ həm humanitar, həm də siyasi-prinsipal mövzu kimi daim diqqət mərkəzində saxlanılacaq və beynəlxalq aləmdə möhkəm təmsil olunacaqdır.

Sünbül Həsənquliyeva
YAP Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button