Gündəmİdman

Klublararası dünya çempionatı: “Atletiko Madrid”dən asan qələbə, PSJ-dən gözlənilməz məğlubiyyət

ABŞ-da təşkil olunan klublararası dünya çempionatının qrup mərhələsində ikinci turun oyunları keçirilib.

Aktualinfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, B qrupunda iki qarşılaşma gerçəkləşib.

İspaniyanın “Atletiko Madrid” komandası ABŞ-ın “Sietl Saunders” klubuna 3:1 hesabı ilə qalib gəlib. Fransa təmsilçisi PSJ isə Braziliyanın “Botafoqo” kollektivinə minimal hesabla məğlub olub – 0:1.

Bu nəticələrdən sonra “Botafoqo” 6 xalla B qrupuna liderlik edir.

Turnirin maraqlı mübarizə şəraitində baş tutan görüşlərindən biri də A qrupunda ABŞ-ın “İnter Mayami” və Portuqaliyanın “Porto” kollektivləri arasında keçirilib. Matç argentinalı ulduz Lionel Messinin komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.

Oxşar Xəbərlər

Back to top button