AnalitikaGündəmSiyasət

Azərbaycan və İran arasında münasibətlər qarşılıqlı maraqlar və regional çağırışlar fonunda inkişaf edir

“Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər. Xüsusilə də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra tərəflər arasında siyasi mərkəzdə ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşır. Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gedişdir”. “İran nümayəndə heyətinin geniş tərkibdə Bakıya gəlməsi faktının özü rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir. Bu, təsadüfi deyil. Hazırda İran bir neçə strateji səbəbə görə Azərbaycanla münasibətləri normallaşdırmağa və dərinləşdirməyə məcburdur. Son dövrdə İran ətrafında gərginlik artaraq kritik həddə çatıb. Xüsusən də ABŞ və Qərblə diplomatik danışıqların qəlizləşmısi İranı yeni alternativlər axtarmağa sövq edir. Tehran üçün şimal sərhədində sabitlik və etibarlılıq olduqca vacibdir. Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün bu kontekstdə həyati əhəmiyyət kəsb edir. Azərbaycan, həmçinin İranın ötən il münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çıxartdığı Rusiya ilə dayanıqlı əlaqələrin qurulmasında əsas halqadır. Panama kanalı, Süveyş kanalı iki okeanın birləşməsi üçün hansı əhəmiyyəti daşıyırdısa, İran-Rusiya tərəfdaşlığının möhkəmlənməsi və ikisinin bir-birilə effektiv birləşməsi üçün Azərbaycan əsas aparıcı halqa rolunu oynayır. Son dövrdə İran ətrafında gərginlik artaraq kritik həddə çatıb. Xüsusən də ABŞ və Qərblə diplomatik danışıqların qəlizləşmısi İranı yeni alternativlər axtarmağa sövq edir. Tehran üçün şimal sərhədində sabitlik və etibarlılıq olduqca vacibdir. Azərbaycanla münasibətlərin normallaşması və etimadın bərpası İran üçün bu kontekstdə həyati əhəmiyyət kəsb edir. Azərbaycan, həmçinin İranın ötən il münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çıxartdığı Rusiya ilə dayanıqlı əlaqələrin qurulmasında əsas halqadır. Panama kanalı, Süveyş kanalı iki okeanın birləşməsi üçün hansı əhəmiyyəti daşıyırdısa, İran-Rusiya tərəfdaşlığının möhkəmlənməsi və ikisinin bir-birilə effektiv birləşməsi üçün Azərbaycan əsas aparıcı halqa rolunu oynayır. Məsud Pezeşkian isə daha çox ortadakı problemlərin aradan qaldırılmasında, qarşılıqlı faydaya dayanan əməkdaşlığın dərinləşməsində, hər iki ölkənin regiondakı proseslərə baxışlarının üst-üstə düşməsində böyük iz qoymuş lider kimi xatırlancaq. Ölkəmizə ilk rəsmi səfəri zamanı o özü də gördü ki, Azərbaycan rəhbərliyi bunun üçün lazım olan dəstəyi verməyə hazırdır”.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button