
Azərbaycanın iqtisadi inkişaf strategiyası dəyişən qlobal çağırışlara uyğun şəkildə yenilənir. Prezident İlham Əliyev tərəfindən səsləndirilən “indi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır” ifadəsi, ölkənin gələcək planlarının əsas istiqamətlərini dəqiq şəkildə göstərir. Bu yanaşma, neftdən asılılığı azaltmaq və iqtisadiyyatın dayanıqlı əsaslara keçidini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bərpaolunan enerji sektorunda Azərbaycanın atdığı addımlar artıq beynəlxalq səviyyədə diqqət çəkir. Xüsusilə külək və günəş enerjisi potensialından istifadə məqsədilə yerli və xarici şirkətlərlə bir sıra layihələr reallaşdırılır. Bu sahədə Çin şirkətləri ilə əməkdaşlıq, texnoloji təcrübə mübadiləsi və investisiyalar baxımından önəmli imkanlar yaradır.
Nəqliyyat sektoru isə Azərbaycanın regional mərkəzə çevrilməsi üçün əsas dayaqdır. Orta Dəhliz çərçivəsində həyata keçirilən dəmir yolu və liman layihələri ölkəni Avropa ilə Asiya arasında mühüm tranzit nöqtəsinə çevirir. Bu baxımdan nəqliyyat infrastrukturu təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.
İstehsal sektorunun inkişafı isə yeni iş yerlərinin yaradılması və ixrac imkanlarının genişlənməsi üçün əsas vasitədir. Azərbaycan artıq yüksək texnologiyalı sənaye parkları qurur, kənd təsərrüfatı məhsullarının emalı sahəsində irəliləyişlər əldə edir. Bu istiqamətlərin hər biri, ölkənin gələcək iqtisadi mənzərəsinin əsas sütunlarına çevrilir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı