AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və 25 aprel 2025-ci ildə  həmin televiziya kanalında yayımlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm qlobal iqtisadi-siyasi proseslər, həm  Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. O da maraqlıdır ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır. Dövlət başçımız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici strategiyasının əsas prioritetlərindən birini də multiregional xarici siyasət kursunda müxtəlif inkişaf səviyyəsinə malik dövlətlərlə sıx əməkdaşlıq, yoldaşlıq əlaqələri qurmağa nail olunması təşkil edir. Beləliklə, nəinki region, o cümlədən dünya dövlətlərinin də dostluq əlaqələri qurmağa can atdığı etibarlı tərəfdaşa çevrilən Azərbaycanla siyasi dostluğa və  iqtisadi əməkdaşlığa önəm verən belə dünya dövlətlərindən biri də dünyanın siyasi və iqtisadigüc mərkəzlərindən olan Çin Xalq Respublikasıdır. Məmnunluq doğuran haldır ki, bu gün Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. Bu da ilk növbədə onunla bağlıdır ki, hər iki dövlət və liderlər münasibətlərin inkişafı və genişlənməsi üçün ortaq siyasi iradə göstərirlər. Həmçinin qarşılıqlı maraqlar ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına yüksək impuls verir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müxbir Lyu Sinin “Danışır liderlər” verilişində  Azərbaycan-Çin münasibətlərinə böyük önəm verdiyini bildirdi:

“Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq.”

Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, həm də dövlətimizin başçısına olan yüksək etimadı ilə bağlıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə ifadə edib. Bu münasibətlər, yalnız iqtisadi və siyasi deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

Lətifə Mustafayeva,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin direktor müavini 

Oxşar Xəbərlər

Back to top button