Şirvan kanalının yenidən qurulması su itkilərini minimuma endirəcək

Bildiyimiz kimi, cari ilin aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və bu istiqamətdə çıxış edib.
Layihəsi 4 ilə icra edilən və 1958-ci ildə istismara verilən Şirvan kanalı suyu Mingəçevir su anbarının Xanabad bəndindəki baş qurğudan götürür. 1961-ci ildə kanalın ikinci hissəsi istismara verilib. Uzunluğu 122 km olan kanalın maksimum su sərfi 78 m3/saniyədir. Mənbəyini Mingəçevir su anbarından götürən kanal Kür çayının sol sahilindən keçməklə 112 min hektar əkin sahəsinin suvarılmasını təmin edirdi. Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən 2023-cü ildə əvvəlindən etibarən torpaq məcrada 25 min m3 lildən təmizləmə işləri, çay məcralarında isə 30 min m3-ə yaxın tənzimləmə işləri aparılıb. Lakin, bu təmir işləri aparılsa bu qənaetbəxs hesab edilmir. Əvvəllər isə kanalın istismara verilməsi Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təmin olunmasına şərait yaradır. Kanaldan su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 150 min hektardan daha çox torpaq sahələri suvarma suyu ilə təmin edirdi. Lakin, kanalının su potensialın yüksək olmasına baxmayaraq, xüsusilə yay aylarında su itkiləri ən azı 27%-dən artıq təşkil edir. Möhtərəm cənab Prezidentin təşəbbüsü ilə Türkiyənin aparıcı şirkətləri bu itkilərin minimuma endirilməsi üçün kanalın yenidən qurulmasını təmin edəcəklər.
Bununla bölgəyə, yeni nəfər yeni həyat gəlmiş olacaqdır. Bu layihə möhtərəm cənab Prezidentin “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində görülən islahatların bir hissəsinə təşkil edir. Önümüzdə bu istiqamətdə daha böyük islahatların şahidi olacağıq.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri



