Qanunvericilik təşəbbüsləri

Məlum olduğu kimi, Prezident İlham Əliyev 10.03.2024-cü il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış etmişdir. Bu ,ölkə başçısının Prezident seçkilərindən sonra ilk rəsmi çıxışı olmuş və ölkəmizin siyasi, iqtisadi həyatında bir çox önəmli sahələrə toxunmuşdur. Növbədənkənar Prezident seçkilərindən əvvəl ölkənin həyatında qlobal dəyişikliklərin vaxtının çatdığı, ölkə-də böyük islahatların keçirilməsinin zəruriliyi haqqında Prezident öz çıxışlarında qeyd etmişdi. Növbədənkə-nar Prezident seçkilərinin keçirilməsinin səbəblərindən biri də bu idi. Bu islahat dəyişiklikləri ölkə həyatının bütün sahələrini, o cümlədən, Milli Məclisin fəaliyyətini əhatə etməlidir. Bütün sahələrdə olduğu kimi Milli Məclisin fəaliyyətində yeniliklərin və təkmilləşmənin aparılması zəruridir .Prezident seçkilərindən sonra Avropa İttifaqı seçkilərin keçirilməsi haqqında yaydığı bəyənatda seçkilərin keçirilməsində demokratiyanın təmin edildiyini bildirmiş və Azərbaycanda yeni seçilmiş hakimiyyətlə, o cümlədən deputatlarla işləməyə hazır olduğunu bildirmişdir. Bu, birbaşa seçkilərin təşkilinə və keçirilməsinə verilən qiymətdir.
Məlum olduğu kimi Milli Məclis çoxpartiyalı Məclisdir. Burada bir çox siyasi partiyaların üzvləri fəaliyyət göstərir və onlara münasibətdə heç bir ayrı seçkilik yoxdur. Prezident gələcəkdə dəMilli Məclisin fəaliyyətində çoxpartiyalılıq siyasətinin saxlanması zərurətini qeyd etmiş və bu prinsipin daha da inkişaf etdiriləcəyini vur-ğulamışdır.Bu da Milli Məclisin fəaliyyətində demokratiyanın inkişaf etdirilməsi deməkdir.Milli Məclisin belə bir tərkibdə fəaliyyəti ölkəmizdə siyasi hakimiyyətin təkmilləşdirilməsinə aparan yollardan biridir. Ölkənin gələcək inkişafını təmin etmək üçün islahatlar davamlı şəkildə aparılmalı və bütün sahələri əhatə et-məlidir.Kadr siyasətinə yeni prizmadan baxış,kadr islahatlarının daha da təkmilləşdirilməsi aparılacaq islahat-larınmühüm tərkib hissəsinə çevrilməlidir.Bütün sahələrdə,o cümlədən,idarəçilikdəmüasir düşüncəli gənc kadrların fəaliyyətinin təmin edilməsi əsas məqsəd kimi qarşıda dayanır.İslahatların müvəffəqiyyətlərindən biri də düzgün kadr siyasətinin aparılmasıdır.
Parlamentin əsas vəzifələrindən biri qanunvericilikdir.Parlament ölkənin inkişafına,qüdrətinin artmasına təkan verən yeni qanunlar üzərində işləməlidir.Odur ki,yeni islahatlar Parlamentin fəaliyyətini də əhatə etməli-dir.Yeni tərkibdə fəaliyyətə başlayacaq parlament bu islahatları daha da genişləndirməli və öz işini də bu isla-hatlar üzərində qurmalıdır.Ölkənin inkişafının,möhkəmlənməsinin əsasını iqtisadiyyat təşkil edir.Buna görə də yeni iqtisadi qanunların müzakirə olunub qəbul edilməsi önəmli məsələlərdən biri kimi parlamentin əsas məq-sədinə çevrilməlidir.Gələcək parlamentin qanunvericilik bazası daha möhkəm olmalı və beynəlxalq təcrübəyə əsaslanmalıdır.
Ölkəmizdə sosial dövlətin qurulması işlərində mühüm addımlar atılmaqdadır. Bu gün dövlətin əsas fəaliyyəti vətəndaşların sosial təminatı,ölkə əhalisinin rifah halının gündən-günə yaxşılaşdırılmasıdır. Bu sahədə də qa-nunvericilik aktlarının təkmilləşdirilməsinə böyük yer verilməlidir.Aparılacaq islahatlar bu qanunları da əhatə etməli və əhalinin rifahının möhkəmləndirilməsinə səbəb olan qanunların qəbul edilməsinə gətirib çıxarmalı-dır.Hal-hazırda ölkə əhalisinin əksəriyyəti gənclərdir.Buna görə də gələcək islahatlar gənclərin də həyat və fəaliyyətini əhatə etməlidir.Ölkəmizdə gənclərin idarəetmə işlərində,başqa sahələrdə fəaliyyətini daha da ge-nişləndirən qanunların qəbul edilməsinə zərurət var.Gənclərin siyasi cəhətdən maarifləndirilməsi,onların və-tənpərvərlik ruhunda tərbiyə edilməsi günün vacib məsələlərindən biridir.Buna görə də aparılacaq islahatlar gənclərin həyatını da əhatə etməli və onları ölkənin siyasi-iqtisadi həyatına daha dərindən qatmalıdır.
Ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsi,son üç ildə Qarabağda aparılan quruculuq işləri bir çox dairə-lərin və bəzi ölkələrin o qədər də xoşuna gəlmir.Buna görə də onlar hər bir yolla Azərbaycanda gedən proseslərə mane olmaq,ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmaq üçün müxtəlif vasitələrə əl atırlar.Ölkəyə qarşı yeni beşinci kolon siyasəti aparılır.Bu siyasətə qarşı mübarizə aparmaq da yeni islahatların tərkib his-səsinə çevriləcəkdir. Bütün bu sahələrdə fəaliyyəti genişləndirmək üçün Milli Məclis üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Nəzərdə tutulan islahatları yerinə yetirmək üçün yerlərdə seçicilərlə görüşlərin əhəmiyyəti böyükdür.Gələcək-də bu sahəyə xüsusi diqqət ayrılmalıdır.Yeni seçiləcək Milli Məclisdə seçicilərlə görüşə daha məsuliyyətlə ya-naşılmalı,qanunların qəbul işlənib hazırlanmasında,qəbul edilməsində xalqın rəyi nəzərə alınmalıdır.Hər bir millət vəkili mütəmadi olaraq öz fəaliyyəti barəsində seçicilərinə hesabat verməlidir.Sözsüz ki,yeni islahatlar Milli Məclisin bu sahədəki işini də əhatə edəcəkdir.
Bu gün Qərb ölkələrindən bir çoxunda Azərbaycana, onun yürütdüyü siyasətə qərəzli münasibət var. Özlərini demokratik dövlət adlandırsalar da, demokratiyanın dünyada yayılmasına xidmət edən kimi göstərsələr də, əslində bu ölkələrdə demokratiya boğulur. Bu qurumlarda ölkəmizin mövqeyi möhkəmləndirilməlidir, ölkəmizdə demokratiyanın qorunması bu ölkələrdə geniş təbliğ edilməlidir. Çalışmaq lazımdır ki, Azərbaycan reallığı bu ölkələrdə öz əksini tapa bilsin. Yeni seçiləcək Milli Məclisdə bu məsələyə ciddi fikir verilməsi islahatların bir hissəsi olacaqdır.
Azərbaycan Avropa İttifaqına daxil olan 9 ölkə ilə əməkdaşlıq edir. Lakin bununla kifayətlənmək olmaz. 9 ölkə Avropa İttifaqının üçdə biri deməkdir. Xarici siyasətdə bu əməkdaşlığın genişlənməsi, əməkdaş ölkələrin sayının artırılması məsələsinə daha ciddi önəm verilməlidir. Daha çox ölkə ilə əməkdaşlıq etmək ölkəmizin daha da inkişaf etməsi, beynəlxalq nüfuzunun artması deməkdir. Bu sahədə də parlamentin rolu daha da önəmli olmalıdır. Bunun üçün xarici siyasət sahəsində yeni addımlar atılmalıdır. Ölkəmizin gələcək inkişafı, daha möhkəm və güclü Azərbaycan bu islahatlardan asılıdır.
Əliyev Akif,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi



