Şərqdə ilk seçib-seçilmək hüququ olan Azərbaycan qadını

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Qadına hörmət bu millətin ümumi dəyərlərdir. Qanuni formada bu proses məhz Azərbaycan Xalq Cümhuriyyəti zamanı reallaşdı. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Dövlət müstəqilliyimizin bərpasından sonra qadınlarımız milli dövlətçilik quruculuğunda fəal iştirak edərək, soykökə bağlılıq, dövlətçilik, azərbaycançılıq məfkurəsinin təbliğində fəal iştirakçı kimi qadın birliyini və qadın yanaşmasını dövlət idarəçiliyində tədbiq etməyə başladılar. Azərbaycan qadını tarix boyu öz şücaəti ilə bu dövlətin var oluşunda misilsiz xidmət nümayiş etdirdilər. Tomris, Burla Xatun, Nüşabə, Nigar, Həcər kimi qadınlar bu dövlətin var oluşunda, inkişafında və tarixin bütün səhifələrində bu coğrafiyada Azərbaycan adını daim uca tutdular. Elə odur ki, bu millətin tarixində qadınların rolunu və misilsiz xidmətlərini danmaq olmaz. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Ulu öndər Heydər Əliyev siyasi kursu qadınların Azərbaycan cəmiyyətində fəaliyyətinə müsbət mənada dəstək verir. Elə odur ki, özümə borc bilirəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Mehriban Əliyeva Müasir Azərbaycanın xanım memarıdır.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Həmçinin bu gün ölkəmizdə gender bərabərliyi tədbiq olunur. Dövlət əsas olaraq cinsindən asılı olmayaq hər kəsə təhsil, pulsuz tibbi xidmət, seçmək və seçilmək hüququ verir.
8 mart hər ilk ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Bu münasibətlə bütün Azərbaycan xanımlarının təbrik edir, uzun ömür can sağlığı, qadın Səadəti arzulayıram .
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru



