Qalib, qüdrətli Azərbaycan dövləti ölkələrarası münasibətlərə yeni töhfə verir
Beynəlxalq münasibətlər sistemində rolu getdikcə artan Azərbaycan bir çox dünya əhəmiyyətli təşkilatlarda xüsusi mövqeyə sahibdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu siyasətin bu nöqteyi-nəzərdən müstəsna rol oynamışdır. Birmənalı olaraq, bu uğurlu siyasətin nəticəsi dünya müstəvisində Azərbaycanın nüfuzu artmış, böyük iqtisadi layihələrin reallaşdırılmasında, regional və beynəlxalq əlaqələrin inkişafında dövlətimiz əhəmiyyətli dərəcədə təsir qüvvəsinə malikdir.
Bu ilin noyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfər edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşdən sonra cənab Prezidentimiz İlham Əliyevin mətbuata bəyanata zamanı vurğuladığı fikirlər, toxunduğu nüanslar artıq dünya nizamında qüdrətli bir Azərbaycan dövlətinin göstəricisidir. Prezidentimiz çıxışı zamanı bildirdi ki, Azərbaycan ancaq öz imkanları hesabına BMT-nin torpaqlarımızın işğalı əlaqədar qəbul etdiyi, amma icra etmədiyi qətnamələrin icrasını reallaşdırdı. 2020-ci il 10 noyabr üçtərəfli bəyanata əsasən ərazilərimizdən çıxarılmalı olan erməni silah birləşmələri 3 ildən sonra, 2023-cü ilin sentyabrında Azərbaycanın apardığı antiterror əməliyyatı zamanı təmizləndi. Bu da Azərbaycanın regional və beynəlxalq sülhün təhlükəsizlik məsələsində əhəmiyyətinin bariz nümunəsidir. Çünki Azərbaycan bütün beynəlxalq və regional təşkilatlarda sülhün tərəfdarı olmuşdur və bütün imkanları ilə töhfə vermişdir.
Azərbaycanın regional və beynəlxalq əlaqələr sistemində İraq Respublikası ilə ikitərəfli əlaqələrin inkişaf dinamikası olduqca xüsusi əhəmiyyət kəsb edir. 1992-ci ildə Azərbaycan Respublikasının İraq Respublikası ilə diplomatik əlaqələrin yaradılmasından sonra bütün məsələlərdə hər iki dövlət bir-birinə dəstək olmuş, beynəlxalq təhlükəsizlik və sülhün təmin edilməsində rol oynamışdır. Vətən Müharibəsi zamanı İraq Respublikası Azərbaycanın haqq işini dəstəkləmiş, eyni zamanda Azərbaycan Respublikası Qoşulmama Hərəkatına rəhbərliyi dövründə, digər beynəlxalq və regional təşkilatlar çərçivəsində İraq Respublikasına xüsusi dəstəyini ifadə etmişdir.
Hal-hazırda Azərbaycan Respublikası ilə İraq hökuməti arasında əlaqələr yüksələn xətlə inkşaf edir. İndiyədək aralarında imzalanmış 5 xüsusi əhəmiyyətli sənəd bu poresesin təzahürüdür. Yaxın gələcəkdə hər iki ölkə arasında çoxşaxəli əlaqələr daha yüksək səviyyədə proqnozlaşdırılır.
Şirvanov Sahil,
Xəzər rayonu, 334 saylı tam orta məktəbin müəllimi



