İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfəri
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid 20 noyabr 2023-cü ildə Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İraq Prezidentinin geniş tərkibdə görüşü keçirilib. Qeyd edək ki, bu İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Görüşdə Azərbaycan Prezidenti çıxış edərək qeyd etmişdir ki, İraq Prezidenti ilə əməkdaşlığımız, regionlarımızda siyasi prosseslə bağlı məsələrə dair çox yaxşı müzakirə aparmışıq. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etmişik. Bu görüş ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək.
Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. İraq Prezidenti Əbdüllətif Camal Rəşid görüşdə çıxış edərək cənab İlham Əliyevə öz təşəkkürünü bildirdi. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair məsləhətlərin yaxşı hal olduğunu qeyd etdi. Gələn ay Azərbaycan Respublikasının nümayəndə heyətini İraq Respublikasına rəsmi səfərə dəvət etdi.
Rəsmi görüşdən sonra noyabrın 20-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi. Bəyanatda aşağıdakı məsələlərə toxundu:
Hər iki ölkə beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.
1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 20 faiz torpaqlarımızın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisinən qovuldu. 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi. Biz suverenliyimizi bərpa etdikvə indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır.
Bizim ikitərəfli əlaqələrimiz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə edir. İki həftədən sonra nümayəndə heyətimiz hökümətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək.
Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Bizə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid bəyanatla çıxış etdi. Öz bəyanatında aşağıdakı məsələlərə toxundu:
İraqın işğalı və eyni zamanda işğaldan sonra terror hücumlarına məruz qalmasına toxundu. Sonuncu terror hücumları İŞİD-in İraq əhalisinə, İraq şəhərlərinə və İraq mərkəzinə oldu. Lakin bunlar keçmişdə qaldı. İraq indi yaxşı və sağlam vəziyyətdədir.
Hal-hazırda İraqda 330 nəfərdən ibarət parlament fəaliyyət göstərir. Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi xidmətlərimizi yenidən qurmaq.
Biz neft hasil edirik. Bizim kənd təssərüfatımız, su ehtiyatımız var. İraqda Azərbaycan üçün biznes əlaqələri yaratmalıyıq.
Biz bütün fələstinlilərin hüquqlarını dəstəkləyirik, istər onlar Qəzza zolağının Qərb sahilində olsun, istər Qəzza zolağında və dünyanın başqa bir yerində olsun.
Sonda hər iki Prezident bu səfərdən razı qaldıqlarını bildirdi.
Atayeva Gülarə,
Xəzər rayonu, 324 nömrəli tam orta məktəbin direktoru



