Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir

Hər zaman münasibətlərin müsbət şəkildə irəliləməsi üçün dövlətlərarası əlaqələrdə yeni-yeni işlər planlanır. Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri hər zaman yüksələn xətlə davam edir. Ölkələr arasında iqtisadi,siyasi və bir çox sahələrdə əməkdaşlıq ön plandadır.Yaxın tarixə nəzər salsaq, ötən il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdur. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.
Tarixə nəzər salsaq , Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Azərbaycan- Özbəkistan arasında münasibətlərin genişlənməsi üçün ölkələr arasında bir sıra bəyannamələr, müqavilələr imzalanıb. Qürurverici hal isə budur ki, Özbəkistan Qarabağdakı quruculuq işlərinə qoşulub. Əminik ki, bundan sonra da dövlətlərarası münasibətlər yüksələn xətlə davam edər.
Ələkbər Saleh,
YAP-ın fəalı