
25 Noyabr – Kəlbəcər şəhəri günü təkcə 2020-ci ilinVətən müharibəsində qazanılmış şanlı Zəfərin nəticəsikimi deyil, həm də minilliklər boyu bu coğrafiyadaformalaşmış zəngin mədəni-tarixi irsin öz həqiqisahibinə qayıdışı kimi qiymətləndirilməlidir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərərazisindəki arxeoloji tapıntılar, qədim yaşayışməskənləri və alban dövrü abidələri sübut edir ki, butorpaqlar ən qədim zamanlardan sivilizasiyanınmühüm ocaqlarından biri olub. Bu gün həmin qədimyurd yerlərində aparılan genişmiqyaslı quruculuq işləritarixi keçmişlə müasir inkişafın vəhdətini yaradır.
Kəlbəcərin strateji coğrafi mövqeyi və zəngin təbiiehtiyatları hələ ibtidai icma quruluşu dövründəninsanların burada məskunlaşmasına şərait yaradıb. Rayon ərazisində aparılmış arxeoloji tədqiqatlar vəqeydə alınmış abidələr bölgənin qədim tarixini elmifaktlarla təsdiqləyir:
Zar kəndi ərazisində yerləşən Zar mağara düşərgəsipaleolit dövrünə aid mühüm arxeoloji abidə kimibölgədə ən qədim insan məskənlərinin mövcudluğunusübut edir. Bundan başqa, Tərtər çayı vadisi boyunca, xüsusilə Ayıçınqılı və Pəriçınqılı dağlarında aşkarlananqayaüstü rəsmlər (petroqliflər) Qobustan və Gəmiqayamədəniyyəti ilə eyni tarixi-mədəni mühitin tərkibhissəsidir. Bu təsvirlər qədim sakinlərin təsərrüfathəyatını, ovçuluq ənənələrini və dünyagörüşünü əksetdirir.
Kəlbəcər ərazisindəki çoxsaylı kurqanlar və daş qutuqəbirlər Xocalı-Gədəbəy arxeoloji mədəniyyətininyayılma arealını göstərir. Tapılmış tunc silahlar, məişətəşyaları və keramika nümunələri bölgədə sənətkarlığınvə metallurgiyanın yüksək inkişaf etdiyini ortayaqoyur.
Orta əsrlərdə Kəlbəcər Qafqaz Albaniyasının mühümmədəni və dini mərkəzlərindən biri olub. Vəngkəndindəki Xudavəng monastır kompleksi, Gəncəsərməbədi, Lev qalası, Uluxan qalası və digər müdafiəistehkamları bölgənin memarlıq ənənələrini yaşadır. Eyni zamanda, rayon ərazisindəki qədim məscidlər, körpülər və daş qoç fiqurları Azərbaycan xalqının butorpaqlardakı fasiləsiz tarixi varlığının maddisübutlarıdır.
30 ilə yaxın davam edən işğal dövründə Ermənistantərəfindən Kəlbəcərin həm təbiəti, həm də arxeoloji vəmemarlıq abidələri sistemli şəkildə talan edilib, saxtalaşdırılmağa çalışılıb. Lakin Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilnoyabrın 25-də Kəlbəcərin azad olunması tarixi ədalətibərpa etdi.
Bu gün dövlət başçısının Kəlbəcərə mütəmadi səfərlərivə təməlini qoyduğu infrastruktur layihələri bölgənindirçəlişini sürətləndirir. Xüsusilə 2023-cü il avqustun25-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutanaçılış və təməlqoyma mərasimləri rayonda həyatınbərpasının miqyasını göstərir:
“Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” Kiçik SuElektrik Stansiyalarının istifadəyə verilməsi Kəlbəcərinyaşıl enerji zonasına çevrilməsinə xidmət edir. Eynizamanda, dünya şöhrətli “İstisu” mineral su zavodununvə Müalicə-İstirahət Kompleksinin bərpası bölgəninkurort-turizm və iqtisadi əhəmiyyətini yenidənqaytarır.
Qədim arxeoloji irsə malik Zar kəndində ümumilikdə855 ailənin məskunlaşdırılması planlaşdırılır və kəndintəməli məhz dövlət başçısı tərəfindən qoyulub. Bununla yanaşı, Yanşaq kəndində 421, Zallar kəndindəisə 487 ailənin yaşayışı üçün müasir infrastrukturqurulur.
Kəlbəcərin ən qədim mağara düşərgələrindən başlayıbbu gün müasir “ağıllı kənd” və yaşıl enerji layihələrinəuzanan inkişaf yolu onu göstərir ki, bu torpaqlar öztarixi kimliyini qorumaqla yanaşı, Azərbaycanın ənabad və strateji bölgələrindən birinə çevrilir. 25 Noyabr – Kəlbəcər şəhəri günü isə bu əbədi bağlılığınvə dirçəlişin rəmzidir.
Nurəngiz Kərimova,
Bakı Slavyan Universiteti, regionşünaslıq kafedrasının müəllimi



