
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azadedildiyi şərəfli gün kimi yazılıb. Müzəffər Ali Baş Komandan, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığıSərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Kəlbəcər antik dövrün abidəsiolmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ənmənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylımineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yeralır.Kəlbəcərin bu sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malikolması işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasınınsəbəblərindən biri idi.
Rayon 1993-cü il aprelin 2-də erməni işğalçıları tərəfindən işğal olunmuşdu. İşğalnəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
Artıq Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsinindörd illiyi ərəfəsindəyik. İkinci Qarabağ müharibəsinin ən yüksək zirvəsi olan Şuşaşəhərinin işğaldan azad olunması artıq Ermənistanda qorxu və ciddi narahatlıqyaratmışdı. Onlar anlayırdılar ki, Şuşa kimi alınmaz qalanı fəth edən AzərbaycanOrdusunun qarşısında bundan sonra heç bir qüvvə dayana bilməz. Ona görə də 2020-ci ilin noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanınbaş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatda öz əksini tapdı. Bəyanataəsasən, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi birgüllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Beləliklə, 2020-ci ilnoyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsiişğaldan azad edildi.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcərşəhərində üçrəngli Dövlət Bayrağımızı ucaltdı və çıxışında bu tarixi hadisəninəhəmiyyətindən bəhs edərək dedi: «Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaqistismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxtolmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləriqayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.»
Otuz bir il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurdaqayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digərərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyətkəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilinavqustun 16-da Kəlbəcər rayonuna səfərləri zamanı Toğanalı-Kəlbəcər avtomobil yoluüzərində – Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində110/35/10 kilovoltluq «Kəlbəcər» yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib.
Ötən il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş«Kəlbəcər-1» Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin «N» saylı hərbihissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub. Həmingün Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetməMərkəzinin, rayondakı su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli qoyulub.
Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağınınverilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Müzəffər Ali BaşKomandanımız bu tədbirin xüsusi məna daşıdığını vurğulayıb: «Bu gün bu hərbihissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və ŞərqiZəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Onagörə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır».
Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən biri də«İstisu» sanatoriyasıdır. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştiraketdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır.
Ölkəmizin başçısı keçən ilin mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsindəhərbi hospitalın, «Qamışlı» və «Meydan» Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallarkəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. 2023-cü ilin avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha birsəfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub, Zarkəndinin təməli qoyulub.
Kəlbəcərdə aparılan quruculuq işləri cənab Prezident İlham Əliyevin qətiyyətininvə dövlətimizin gücünün xüsusi bir təntənəsidir. Ölkə başçısı İlham Əliyevin və birincixanım Mehriban Əliyevanın 2024-cü ilin sentybarın 2-də Kəlbəcərə növbəti səfərləri dəbu baxımdan daha əlamətdar idi. Ölkə başçısı Tərtər çayı üzərində yerləşən 22,5 MVtgücündə «Yuxarı Vəng» və 4,3 MVt gücündə «Zar» su-elektrik stansiyalarının, «İstisu» mineral su zavodunun açılışında iştirak etdi. «İstisu zavodunun təməli 2022-ci iliniyununda qoyulmuşdu və onun istifadəyə verilməsi göstərir ki, artıq Kəlbəcərin iqtisadipotensialı hərəkətə gətirilir.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında indiyədək ümumigücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və onların bir qismiKəlbəcərin payına düşür. Su-elektrik stansiyalarının inşası həm də Qarabağ və ŞərqiZəngəzurdakı yaşıl enerjinin yaradılmasının təsdiqidir. Dövlət başçısı Kəlbəcərşəhərində inzibati binanın, ikinci yaşayış kompleksinin və İstisu qəsəbəsinin təməlini dəqoydu. İkinci yaşayış kompleksində 160 ailənin yaşaması planlaşdırılır. Şəhərdə birinciyaşayış kompleksinin inşası isə davam edir və tezliklə öz doğma sakinləriniqarşılayacaq.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa vəquruculuq işləri əzəmətli, nəhəng və genişmiqyaslıdır. Prezident İlham Əliyevin işğaldanazad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı buməsələni xüsusi diqqət və nəzarətində saxlayır.
Prezident, Müzəffər Ali Baş Komandanın yürütdüyü uğurlu və qətiyyətli siyasətnəticəsində işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Kəlbəcər şəhərindəfasiləsiz həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlərtezliklə bu torpaqların Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən, azad olunmuşərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.
Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı:Rəşidova Gülzadə
İsmayıl Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi



