AnalitikaGündəmSiyasət

BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsivə tarixi ədalətin bərpası

25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşındamühüm yer tutan, milli birliyin, dövlət iradəsinin və tarixi ədalətin təntənəsini əksetdirən əlamətdar gündür.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərrayonunun işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təcavüzolmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildəpozulması idi. İşğal nəticəsində minlərlə sakin doğma yurdlarından didərgindüşmüş, yaşayış məntəqələri dağıdılmış, xalqımızın tarixi-mədəni irsinə ciddiziyan vurulmuşdur.

Kəlbəcərin işğalından sonra beynəlxalq ictimaiyyətin mövqeyini ifadə edənmühüm sənədlərdən biri 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasıtərəfindən qəbul edilmiş 822 saylı Qətnamə olmuşdur. Qətnamədə hərbiəməliyyatların dərhal dayandırılması, davamlı atəşkəsin təmin edilməsi və işğalçıqüvvələrin Kəlbəcər rayonu və Azərbaycanın digər yaxın vaxtlarda işğal edilmişərazilərindən dərhal çıxarılması tələb edilirdi. Bu sənəd Azərbaycanın ərazibütövlüyünə hörmət edilməsinin və münaqişənin beynəlxalq hüquq normalarıçərçivəsində həllinin vacibliyini bir daha təsdiqləyirdi.

Lakin beynəlxalq hüququn tələblərinə baxmayaraq, Kəlbəcər uzun illər işğalaltında qaldı. Yalnız 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığıtarixi Zəfər nəticəsində torpaqlarımızın azadlığına qovuşması üçün real imkanyarandı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı və 27 illik işğala son qoyuldu.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu qərar Kəlbəcərin azad olunmasınıntarixi əhəmiyyətinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımındanmühüm əhəmiyyət daşıyır.

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarınaqayıdışı təmin olunur. Bütün bunlar dövlətimizin gücünün, siyasi iradəsinin vəBöyük Qayıdış strategiyasının real nəticələridir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü bizə bir daha xatırladır ki, beynəlxalqhüququn pozulması nəticəsində yaranmış ədalətsizlik Azərbaycan xalqının iradəsivə dövlətimizin qətiyyəti sayəsində aradan qaldırıldı. Kəlbəcər bu gün işğalındeyil, Zəfərin, dirçəlişin və quruculuğun rəmzidir. Bu torpaqların azadlığı uğrundacanından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daimyaşayacaqdır.

İsrayılov Amil Faiq oğlu,
YAP Şirvan şəhər təşkilatı məsləhətçi

Oxşar Xəbərlər

Back to top button