AnalitikaGündəmSiyasət

Azərbaycan–Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa

2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin, siyasi dialoqun və iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin təxminən 70 illik tarixə malik olduğunu vurğulamışdır. Bu dostluğun əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulmuşdur. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olmuşdur.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri, eləcə də 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə vermişdir. Xüsusilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətləri yeni inkişaf mərhələsinə yüksəltmişdir.
Müsahibədə iqtisadi və ticarət əlaqələrinə də xüsusi diqqət yetirilmişdir. Bildirilmişdir ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, tikinti, investisiya və nəqliyyat-logistika sahələri əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirilib. Azərbaycanın beynəlxalq nəqliyyat imkanları, xüsusilə Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Vyetnam ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyev humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın əhəmiyyətini də vurğulamışdır. Azərbaycan və Vyetnam arasında tələbə mübadiləsi, universitetlərarası əlaqələr, mədəni tədbirlər və humanitar layihələr xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın çətin dövrlərdə Vyetnama göstərdiyi maliyyə yardımı da qarşılıqlı həmrəyliyin nümunəsi kimi qeyd olunmuşdur.
Dövlət başçısı qarşıdakı Vyetnam səfərinin iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm addım olacağına əminliyini ifadə etmişdir.

Şərifli Sübhan,      
Yap Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button