AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası – müasir dövlətçilik tariximizin ayrılmaz hissəsi

21 noyabr 1992-ci ildən başlayan böyük siyasi yol Azərbaycanın müasir dövlətçilik tarixini Yeni Azərbaycan Partiyasının yaranmasıilə bağlı mühüm hadisələri xatırlamadan təsəvvür etmək mümkün deyil. 1992-ci il noyabrın 21-də keçirilən təsis konfransı ölkənin siyasi həyatında yeni birmərhələnin başlanğıcı oldu. Həmin dövrdə xalqın qarşısında dayanan mürəkkəbvəzifələr, müstəqilliyin qorunması zərurəti və sabitliyə olan ehtiyac bu siyasitəşkilatın yaradılmasını tarixi tələbə çevirmişdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni AzərbaycanPartiyası qısa müddətdə geniş ictimai dəstək qazandı. Partiyanın təsis olunmasıölkənin gələcəyinə inanan, milli maraqları hər şeydən üstün tutan insanların biraraya gəlməsi demək idi. Heydər Əliyevin siyasi nüfuzu və dövlətçilik təcrübəsipartiyanın ideoloji əsaslarının formalaşmasında həlledici rol oynadı.

Partiyanın inkişaf yolu Azərbaycanın dövlət quruculuğu tarixinin mühümmərhələləri ilə sıx bağlıdır. Heydər Əliyevin əsasını qoyduğu siyasi kursmüstəqilliyin möhkəmləndirilməsinə, ölkədə sabitliyin bərqərar olmasına vəiqtisadi inkişafın təmin edilməsinə xidmət etdi. Bu gün həmin siyasi xətt Prezidentİlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davametdirilir, ölkəmizin beynəlxalq mövqeləri və inkişaf imkanları daha da genişlənir.

Yeni Azərbaycan Partiyasının təsis konfransının ildönümü hər il yalnız tarixihadisənin qeyd olunması deyil, həm də dövlətçilik dəyərlərinə sədaqətin ifadəsidir. 21 noyabr xalqımızın siyasi iradəsinin, milli həmrəyliyinin və müstəqil gələcəyəinamının rəmzi olaraq yaşayır. Bu əlamətdar tarix partiyanın keçdiyi yoludəyərləndirmək, əldə olunan nailiyyətləri xatırlamaq və Azərbaycanın gələcəkinkişafı naminə məsuliyyəti daha dərindən hiss etmək baxımından xüsusiəhəmiyyət kəsb edir.

Mənsurə Abbasova,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button