
Azərbaycan xalqının müasir tarixində mühüm iz qoymuş hadisələrdən biri də1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransınınkeçirilməsidir. Bu hadisə ölkənin çətin siyasi şəraitində milli maraqları müdafiəedən, müstəqilliyin qorunmasını əsas amal seçən yeni siyasi təşkilatın meydanagəlməsi ilə nəticələndi. Partiyanın yaradılması xalqın sabitlik və güclü dövlətarzularının siyasi ifadəsinə çevrildi.
Yeni Azərbaycan Partiyasının təsis olunmasında Ümummilli Lider HeydərƏliyevin müstəsna rolu olmuşdur. Onun zəngin siyasi təcrübəsi, dövlətçilikfəlsəfəsi və xalqla möhkəm bağlılığı partiyanın yaranmasının əsas ideolojidayaqlarını təşkil edirdi. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar vətanınmış ziyalılar bu tarixi təşəbbüsü dəstəkləyərək ümumi məqsəd ətrafındabirləşdilər.
Partiyanın fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, siyasisabitliyin təmin edilməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi ilə əlaqəliolmuşdur. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkənin gələcəktərəqqisi üçün möhkəm zəmin yaratdı. Bu siyasi irsin davam etdirilməsidövlətçiliyin qorunması və milli maraqların müdafiəsi baxımından xüsusiəhəmiyyət daşıyır.
Bu gün Yeni Azərbaycan Partiyasının yaranma ildönümü böyük qürur hissi iləqeyd edilir. 21 noyabr bizə xatırladır ki, xalqın birliyi, siyasi iradəsi və dövlətçilikəzmi ən mürəkkəb dövrlərdə belə tarixi dəyişikliklərə yol aça bilər. Bu əlamətdartarix partiyanın keçdiyi inkişaf yoluna nəzər salmaq və gələcək qarşısındaməsuliyyəti dərk etmək üçün mühüm fürsətdir.
Tural Vəliyev,
YAP Xəzər rayon təşkilatının fəalı


