
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında strateji tərəfdaşlığın qurulması siyasi sabitliyin, iqtisadi inkişafın və regional təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin inkişafı xüsusi diqqətə layiqdir. Uzun illər ərzində formalaşmış ikitərəfli əlaqələr siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi ilə xarakterizə olunur.
2026-cı il noyabrın 12-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanmışdır. Bəyannamə qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsiplərinə əsaslanaraq ikitərəfli münasibətlərin strateji səviyyəyə yüksəldilməsini nəzərdə tutur.
Yeni Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əvvəlki sənədlərdə təsbit olunmuş əməkdaşlıq prinsiplərinin davamı olmaqla yanaşı, tərəflərin qarşılıqlı münasibətlərini daha geniş istiqamətlər üzrə inkişaf etdirmək niyyətini ifadə edir.
Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət məsələlərinə xüsusi yer verilir. Bu yanaşma beynəlxalq münasibətlərdə hüquqi prinsiplərin qorunmasının və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini göstərir.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



