AnalitikaGündəmSiyasət

Müasir Azərbaycan dövlətçiliyinin zəfər salnaməsi və hüquqi təməlləri

Tarixə nəzər salsaq, görərik ki, hər bir suveren dövlətin sabitliyi, cəmiyyətin daxili intizamı və ölkənin gələcək inkişafı onun hüquqi təməllərinin möhkəmliyindən bilavasitə asılıdır. Azərbaycan Respublikasında 12 Noyabr – Konstitusiya Günü təkcə hüquqi təqvimdə yer alan əlamətdar tarix deyil, həm də müstəqil dövlətçiliyimizin, milli həmrəyliyimizin və dövlət suverenliyimizin rəmzidir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız müasir Azərbaycanın idarəetmə modelini müəyyən etməklə yanaşı, demokratik və hüquqi dövlət quruculuğunun strateji istiqamətlərini də formalaşdırmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu tarixi sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini və beynəlxalq hüququn qabaqcıl prinsiplərini özündə birləşdirmişdir. Konstitusiyanın qəbulu ilə qanunun aliliyi, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.

Bu gün Azərbaycanın siyasi və hüquqi reallıqları yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfər və ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması Əsas Qanunumuzun hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin edilməsinin əhəmiyyətini daha da artırmışdır. Artıq Azərbaycan Konstitusiyası Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, Vətənimizin hər bir guşəsində ali hüquqi qüvvəyə malikdir. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramının uğurlu icrası və müasir idarəetmə mexanizmlərinin tətbiqi məhz Konstitusiyanın müəyyən etdiyi hüquqi prinsiplərə və dövlətin sosial məsuliyyətinə əsaslanır.

Müasir dövrdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, rəqəmsal transformasiya, iqtisadiyyatın şaxələndirilməsi və sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar hüquq sisteminin daim təkmilləşdirilməsini zəruri edir. Mülkiyyət hüququnun qorunması, sərbəst sahibkarlıq mühitinin dəstəklənməsi, təhsil, səhiyyə və sosial təminat sahələrində dövlət zəmanətlərinin həyata keçirilməsi cəmiyyətin dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

12 Noyabr – Konstitusiya Günü müstəqil Azərbaycanın keçdiyi şərəfli inkişaf yolunun, qazandığı tarixi zəfərlərin və işıqlı gələcəyə olan sarsılmaz inamının təcəssümüdür. Əsas Qanunun müddəalarına dönmədən əməl olunması, qanunçuluğun qorunması və dövlətçilik idealları ətrafında sıx birləşmək Azərbaycanın qüdrətli, demokratik və müasir dövlət kimi gələcək inkişafının mühüm təminatıdır.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button